“Anka” Azərbaycan Rəqs Klubu Girəsunda beynəlxalq festivalda ölkəmizi təmsil edib - FOTOLAR

“Anka” Azərbaycan Rəqs Klubu Girəsunda beynəlxalq festivalda ölkəmizi təmsil edib - FOTOLAR

Azərbaycanı müxtəlif beynəlxalq mədəniyyət və sənət platformalarında illərdir layiqincə təmsil edən “Anka” Azərbaycan Rəqs və Sənət Klubu Türkiyənin Girəsun şəhərində artıq 8-ci dəfədir keçirilən Ağaçbaşı-Kulakkaya Beynəlxalq Yaylaq Mədəniyyət və Sənət Festivalında iştirak edib.

Bu barədə Klubun başqanı, Türkiyə Xalq Rəqsləri Federasiyasının və Dünya Rəqs və Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Dərya Akdemir Hurriyyet.org-a məlumat verib.

Onun sözlərinə görə, təbiətinin gözəlliyi ilə insanı heyran edən Qara dənizdə belə bir festivala dəvət aldıqları zaman olduqca sevinib. Azərbaycan rəqslərini, musiqisini və bütövlükdə milli - mədəni zənginliklərini təmsil etməyi yarandığı gündən qarşısına məqsəd qoyduğunu deyən D.Akdemir bu tədbirdə də layiqli bir şəkildə Vətənini təmsil etdiyini xüsusi ilə vurğulayıb: “Müxtəlif xarici ölkələrdən və eyni zamanda Türkiyənin fərqli şəhərlərindən gələn rəqs qrupları ilə eyni səhnəni paylaşmaq bizim üçün çox önəmli idi. Burda biz dəniz səviyyəsindən 3000 metr yüksəklikdə təbiətin şıltaqlıqlarına baxmayaraq, Azərbaycanımızı layiqincə təmsil etməli, izləyicilərdə rəqslərimiz, musiqilərimizlə bağlı fikir formalaşdırmalı idik. Musiqilərimizi səsləndirərkən, rəqslərimizi ifa edərkən tamaşaçıların necə fərqli bir atmosferə düşdüklərini görmək, bizim alqışladıqları zaman gözlərindəki sevinci və heyranlığı hiss etmək o qədər gözəl idi ki! Böyükdən kiçiyə hər kəs Azərbaycan musiqisi, rəqsləri haqqında xoş sözlər deyirdi. Bu isə bir daha sübut etdi ki, dünyanın harasında oluruqsa olaq, Azərbaycan musiqisi, Azərbaycan rəqsi və bütövlükdə Azərbaycan incəsənəti ilə bütün dünyanı fəth etmək mümkündür. Belə bir hissi bizə yaşatdığına görə başda Batlamalılar Mədəniyyət Həmrəylik və Yardımlaşma Dərnəyinə, onun rəhbəri İlhan Sandala, eyni zamanda klubumuzun solisti çox hörmətli Mustafa Güzeldereye də öz təşəkkürümü bilidirirəm. Bundan sonra da çalışacağıq ki, mədəniyyətimizi istər ölkə daxilində, istərsə də ölkə xaricində layiqincə təmsil edək”.

Sevil, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz