Ankara Rusiya ilə Qərb ölkələri arasında vasitəçi olub

  • 2018-04-16 09:03:21
  • |

Ankara Rusiya ilə Qərb ölkələri arasında vasitəçi olub

ABŞ, Fransa və İngiltərənin Suriyaya son hava hücumları zamanı Qərb ölkələrinin Ankara vasitəsilə Putinə mesaj göndərdikləri ortaya çıxıb.

“Hürriyyət” xarici mətbuata istinadən xəbər verir ki, göndərilən mesaj bu şəkildə olub: “Hədəf Rusiya deyil, Suriyadır. Rusiya ilə üz-üzə gəlmək istəmirik”.

Mesaj Ərdoğan tərəfindən Putinə çatdırılıb. Daha sonra isə Türkiyə mötədil üslubla əməliyyatı dəstəklədiyini açıqlayıb.

Loading...

QALEREYA