Ankarada rusdillilərin “Simurq quşu” festivalı başlanıb

Ankarada rusdillilərin “Simurq quşu” festivalı başlanıb

Azərbaycanlı pianoçu Nailə Əhmədovanın tələbələri birincilik qazanıb

Türkiyə cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Moskavadakı görüşləri zamanı hər iki ölkə arasında çeşitli anlaşmalara imza atılıb. O anlaşmalardan biri də Rusiya-Türkiyə mədəni əlaqələrini daha da inkişaf etdirmək üçün hər iki ölkənin lideri 2019-cu ili 3-cü Rusiya-Türkiyə qarşılıqlı mədəniyyət və turizm ili elan etməsidir. Anlaşma çərçivəsində həm Rusiya, həm də Türkiyədə bir çox mədəniyyətyönümlü fəaliyyətlərə başlanıb.

Hürriyyet.org Türkiyə Bürosuna istinadla xəbər verir ki, Ankaradakı Rusiya Elm və Kültür Mərkəzi Rusiya-Türkiyə qarşılıqlı mədəniyyət və turizm ili çərçivəsində “Jar-Ptitsa” (Simurq Quşu) adlı uşaq, yeniyetmə və gənclərin festivalına ev sahibliyi edib.

Rusiyanın Ankaradakı Səfirliyi, Kültür və Turizm Nazirliyinin Dövlət Teatrları Müdürlüyünün dəstəyilə Ankaradakı Rusdilli Gənclər Dərnəyi tərəfindən düzənlənən festivalın açılışına başlanıb.

2019 Rusiya-Türkiyə qarşılıqlı mədəniyyət və turizm ili

Festivalın açılış mərasimində Rusyanın Ankaradakı səfiri Aleksey Yerxovun salamlama mesajı oxunub. Festivalın Rusya və Türkiyə liderleri tərəfindən qarşılıqlı kültür və turizm ili elan olunmasının simvolik bir anlam olduğunu vurğulayan Rusiya səfirliyinin mətbuat atteşesi İrina Qasımova səsləndirdiyi mesaj məktubunda iki ölkə arasındakı mədəniyyət və işgüzar əlaqələrin daha da irəliləyəcəyini deyib.

Rossotrudniçestvo Ankara Təmsilçiliyi rəhbəri Ənvər Şeyxov və Ankaradakı Rusdillilər Dərnəyi başqanı Evgeniya Şarlak da qonaqları ayrıca salamlayıb.

Festivalın ilk günündə Ankara, Antalya, Bursa, İstanbul daxil olmaqla Türkiyənin fərqli şəhərlərindən yüzdən çox iştirakçı, mahnı, instrumental musiqi alətlərində ifa, teatr və rəsm kateqoriyaları üzrə yarışıblar.

Azərbaycanlı pianocunun tələbələri birincidir

Yarışmada Ankara Opera və Balet Teatrının əməkdar işçisi, həmyerlimiz Azərbaycan türkü, pianoçu Nailə Əhmədovanın 4 tələbəsi də birinci, ikinci, üçüncü yerləri tutublar. 4-cü iştirakçı isə həvəsləndirmə mükafatına layiq görülüb. Yarışma TRT-nin və Bilkənd Orkestrinin ekspertləri tərəfindən dəyərləndirlib.

Ankarada 11 mədəniyyət mərkəzində davam etməklə festival18 May 2019-da yekunlaşacaq.

Putin və Ərdoğanın qarşısına 300-lük heyətlə çıxan Troya

Qeyd edək ki, 2019-un Rusiya-Türkiyə Qarşılıqlı Mədəniyyət və Turizm ili elan olunması anlaşmasına uyğun olaraq Ankara Dövlət Opera və Balet Teatrı 300 nəfərlik heyətilə “Bolşoy Teatr” səhnəsində “Troya” Operasını səhnəyə qoymuşdu. 8 apreldə hər iki ölkə liderinin baxdığı tamaşa böyük maraqla qarşılanmışdı.

Mədəniyyət və Turizm ili çərçivəsində rus və türk xalqlarının mədəniyyət, incəsənət nümunələriylə qarşılıqlı tanışlığının hər iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyi gözləntisi var.

Tarkan Rusiyada möhtəşəm konsert verəcək

Anlaşma çərçivəsində may ayının ikinci on günündə ünlü türk müğənnisi Tarkanın Rusiyada konsert verməsi, eyni tarixlərdə Antalyada Rus-Türk Klasik Müsiqi festivalları davam edəcəyi də açıqlanıb.

Sevil, Ankara, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA