Ankarada Türk Dünyası I Qurultayı başlandı – VİDEO

Ankarada Türk Dünyası I Qurultayı başlandı – VİDEO

Turan Milli Türk Sivilizasiasının başqanı Dərviş Rəcəb Var: “Türk olaraq dünyaya nizam, dövlətlərə ədalət, millətlərə hürriyyət istəyirik”

Ankarada Turan Milli Türk Sivilizasiasının (Turan Ulusal Türk Uygarlığı-TUTU) Türk Dünyası birinci qurultayi keçirilib. Toplantıdan öncə ənənəvi olaraq Türkiyə dövlətinin banisi qazi Mustafa Kamal Atatürkün uyuduğu xatirə məzarlığı ziyarət olunub.

Hurriyyet.org xəbər verir ki, tədbirin açılışında Turan Milli Türk Sivilizasiasının başqanı Dərviş Rəcəb Varın öncə Azərbaycandan başlamaqla türkdilli dövlətləri gəzərək Turançılıq ideyaları adına göstərdiyi fəaliyyətlərə dair videotanıtım nümayiş olunub.

Ankarada Türk Dünyası I Qurultayı başlandı – VİDEO

23 Mart - Türkün ergenokondan çıxışının 4653-cü ilidir

Rəcəb Dərviş Var Türkiyə dövləti təmsilçisi olaraq çıxış edib. Toplantının 23 martda keçirilməsinin özəllyindən danışıb: “23 Mart 2019-cu il türkün ergenokondan çıxışının 4653-cü ilidir: “Biz Turan hərəkatı və Türk oğlu Türk olaraq dünyaya nizam, dövlətlərə ədalət, millətlərə hürriyyət deyərək hər kəsi milli birlik, bərabərliyə dəvət edirik”.

Valeh Hacıyev: “Bu qurultay Türklüyün inkişafında öz töhfəsini verəcək”

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinən sədr müavini Valeh Hacıyev toplantının əhəmiyyətindən danışıb, Novruz bayramından bəhs edib: “Elə bir tarixdə bu toplantını edirsiz ki, bütün Türk dünyası Novruz bayramını kutlayır. Hamınızın Novruz bayramınız mübarək! Hələ islamdan öncə Novruz Türk dünyasında qeyd olunan ən qədim və gözəl bayramlarımızndan biridir. Biz dünyanın dörd bir tərəfinə səpələnən türklərimizi hər zaman anmışıq. Dədə-babalarımız bir zamanlar necə ki, ölkələr qət edərək yola çıxmışlarsa, bu gün Türklük öz biliyi, savadı və yetənəkləri ilə dünyaya çıxır. Bu gün elə bir gənclik yetişir ki, bu gənclər dədə-babalarımızın görmək, yaşamaq istədiklərni reallaşdıra biləcək bir zəkaya sahibdilər. İnaniram ki, bu toplantı istər Turan elinin qurulub yaranmasında, istərsə də Türklüyün inkişafında öz töhfəsini verəcək”.

Adil Əliyev: “Azəbaycan rəhbərliyinin səylərinin nəticəsidir ki, bu qurultay baş tutdu”

Azərbaycan Parlamentinin millət vəkili, Azərbaycan Kikboks Federasiyası başqanı Adil Əliyev Azərbaycanda türkçülüyə önəm verilməsindən danışıb. Azərbaycan güclü olunca Türk dünyası güçlü olur və əksinə Türk dünyası möhkəm olunca Azərbaycan möhkəm olur, deyən millət vəkili, toplantnın baş tutmasına rəsmi dəstək verildiyini vurğulayıb: “Nəhayət ki, Turan eli üçün birinci qurultay baş tutdu və bunun digər Türk ölkələrində də keçirilməsi labüddür. Bilirsiniz ki, hörmətli prezidentimiz İlham Əliyev Türkiyə dövlətinin maraqlarını bütün beynəlxalq təşkilatlarda qoruyub və qoruyur. Və bizim zamanla Türk birliyi üçün böyük səylər göstərən liderlərimiz olub. Məhəmməd Əmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Əbülfəz Elçibəyi də buradan sayğıyla anırıq, Allah rəhmət eləsin. Bizim rəhbərlərimizin səylərinin nəticəsidir ki, bu qurultay baş tutur. İnanıram ki, bundan sonrakı tədbirlərimiz daha coşğulu olacaq”.

Babək Cavanşir: “İran türk dünyası üçün önəmli coğrafiyadır”

İranda yaşayan türklər adına danışan Yedditepe Universitetinin müəllimi Babək Cavanşir İranın Türk dünyası üçün çox əhəmiyyətli bir coğrafiya olduğunu deyib: “Tarixin bütün dönəmlərində də belə olub. İran coğrafiyası türk uyqarlığında hər zaman odak bölgələrdən olub. Tarixin fərqli dönəmlərində rusların müdaxiləsilə qondarma isimlər gəlişdirilmədən öncə hər bölgədə Türk topluluğu özünü türk görürdü. Səfəvi, Osmanlı, Məmlüklü mətnlərinə baxdığımız zaman da bunun şahidi oluruq. Artıq bunun zamanı gəlib, biz kəndi kimliyimizə və öz türk adlarımıza dönməliyik”.

Azərbaycan türklərini Xanım Xəlilova, Bolqar türklərini Nəsrin Sipahi, Dağıstan türklərini Ruslan Kutayev, Ahıska türklərini Şəmsəddin Sərvəroğlu, Əfqan türklərini Seraceddin Mahdum, Balkan türklərini Hamza Yavuz, İraq türkmənlərini Yahya Arslan, Suriya türklərini isə Can Turan çıxışlarıyla təmsil ediblər.

Tədbirdə TUTU başqanı yardımcısı, Birləşən Ürəklər dərnəyi başqanı Yasəmən Meydanın təşkilatçılığı ilə Ergenokon rəmzi olan dəmir döyülməsi və tonqal çatılması ritualı icra olunub.

Toplantının bədii hissəsi Ankara Azərbaycan Rəqs Qrupunun rəqslərilə davam edib. Tədbirin aparıcısı jurnalist Ülkər Piriyevanın olub. Qurultay başqa Türk ölkələrində də davam edəcək.

Sevil Unal, Ankara

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA