AŞPA milli azlıqlara dair qətnamə qəbul etdi

  • 2019-01-25 10:59:29
  • |
  • Dünya /

AŞPA milli azlıqlara dair qətnamə qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviq edilməsi adlı qətnamə qəbul edib.

Qətnamədə bildirilir ki, milli azlıqların müdafiə edilməsi insanlar arasında bərabərliyə zəmanət vermək, sosial və siyasi sabitliyi, eləcə də demokratiyanın təhlükəsizliyini qorumaq, Avropada mədəni müxtəlifliyi inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Assambleya bir daha üzv dövlətləri milli azlıqların ehtiyacları ilə yaxından maraqlanmağa və onları müsbət şəkildə həll etməyə, Konvensiyada göstərilən hüquqları da daxil olmaqla, bütün hquqlarını təmin etməyə çağırır.

Assambleya üzv ölkələrə milli azlıqlara dair Konvensiyanı, ərazisində milli azlıqların yaşamadığı halda belə ratifikasiya etməyi töfsiyə edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA