Aqil Acalov “Zəfər”ə layiq görüldü - VİDEO

Aqil Acalov “Zəfər”ə layiq görüldü - VİDEO

Yanvarın 27-si ​​​​​​ “Abşeron Marriott otel”də “Sportsman” jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Zəfər 2018” beynəlxalq idman mükafatının təqdimetmə mərasimi baş tutub.

Hurriyyet.org xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

Mərasimdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Avrasiya kontingentində və Azərbaycanda Kombat Ciu-Citsu döyüş sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Zəfər” idman mükafatına layiq görülüb.

A.Acalova mükafatı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA