Aralıq dənizinin nəhəng qaz ehtiyatları qurdlar süfrəsində: Misir Türkiyəni “oyundankənar” duruma salıb?

Aralıq dənizinin nəhəng qaz ehtiyatları qurdlar süfrəsində: Misir Türkiyəni “oyundankənar” duruma salıb?

Türkiyənin Aralıq dənizində qazma işləri aparan “Fatih” gəmisi

Mahmud əl-Ələyli

Almasry Alyoum (Misir), 14.05.2019

ABŞ Geologiya Xidməti 2010-cu ildə Şərqi Aralıq dənizi hövzəsinin ehtiyatlarını 122 trilyon kubmetr dəyərləndirib. Bölgə ölkələri bu məlumata hazır deyildi, çünki sərhədlərin demarkasiyası tez-tez dayanırdı. Münaqişələr və alyansların yaranması 2015-ci ildə Misirdə yeni qaz yatağının kəşfindən sonra başlanıb.

Misir Xarici İşlər Nazirliyi Kiprin istisnasız öz iqtisadi zonası saydığı bölgədə Türkiyənin dəniz qazması üzrə əməliyyatlara başlamaq niyyətinə narahatlığını bildirib. O öz bəyanatında Türkiyəni Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin pozulmasına yönələn istənilən birtərəfli hərəkətdən çəkindirib, habelə beynəlxalq hüququn norma və müddəalarını gözləməyin gərəkliyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan NATO-nun Aralıq dənizi dialoqu üzrə toplantısında bildirib ki, Türkiyənin Aralıq dənizində qazıntı haqqı müzakirəyə çıxarılmır. Əlavə edib ki, NATO-dan Ankaranın hüquqlarına sayğı gözləyir. Xatırlatmaq lazım gəlir ki, Türkiyə Aralıq dənizinin Kiprin istisnasız öz iqtisadi zonası saydığı sularında qazma işlərinə başlamaq niyyətini bildirib.

Misir, İsrail, Kipr, Yunanıstan, İtaliya, İordaniya və Fələstin 2019-cu il yanvarın 14-də iştirakçılara bölgədə qaz siyasətini yönəltmək və rəqabət qabiliyyətli qiymətlər təklif etmək imkanı verən təbii qaz hasilatı sahəsində Şərqi Aralıq dənizi ölkələri forumunun yaradıldığını elan edib. Habelə aydındır ki, Yaxın Şərq forumu yalnız ticari yönlə məhdudlaşmır, gizli siyasi və hərbi özəyi də var. Forum iştirakçıları qaz yataqları və nəqliyyat vasitələrini Türkiyədən qorumağa can atır. Ankara forum yaratmaq haqda məlumatın cavabında heç bir rəsmi bəyanat verməyib, amma Aralıq dənizi bölgəsində bir neçə hərbi təlim keçirib. Qahirə bildirib ki, Təl-Əviv təbii qazı Misirə, habelə Kipr, Yunanıstan və İtaliya üzərindən Avropaya ixrac edəcək. Misirin hərəkəti “Türk axını” qaz kəmərinin tikintisi üzrə Türkiyə-Rusiya layihəsini təhdid edir. Avropa öz növbəsində Rusiyanın onun bütünlükdə qaz sektoruna və özəlliklə Almaniyaya da təsirinə hədd qoymağa çalışır.

Misir bölgənin geoploitik xəritəsində şahmat lövhəsi vasitəsilə izah etmək mümkün olan müəyyən rol oynayır. Misir əlçatn texniki və hüquqi məlumatdan istifadə edərək sonrakı addımlara hazırlaşmaqla sakitcə fiquların yerini dəyişməyə başlayıb. O, “Mistral” tipli iki helikopterdaşıyıcı və alman sualtı qayıqları alaraq özünün hərbi-dəniz imkanlarını artırıb. Yunanıstan və Kiprlə dəniz sərhədlərinin demarkasiyasının tezləşdirilməsi haqda razılığa gəlib. Sonra İsraillə və Avropa Birliyi ölkələrilə (İtaliya, Yunanıstan və Kiprlə) “Eni”, “Total” və “Ekson Mobil” şirkətləri üzərindən iqtisadi maraqların birbaşa inteqrasiyasına gətirən ticarət alyansı bağlayıb. Sözügedən şirkətlər Avropa ölkələrində qərar alan şəxslərə, habelə dünya iqtisadiyyatına təsir göstərir.

Misir diplomatik və hərbi mövqelərini gücləndirərək Türkiyəni seçim qarşısında qoymağı bacarıb: bölgədə qaz kəşfiyyatından geri çəkilmək, ya da NATO qaydalarını pozmaq və AB-yə qarşı çıxış etmək. Misir bu qayda ilə özünün və Şərqi Aralıq dənizindəki tərəfdaşlarının hüquqlarını qoruyur. O, rəqibə gərək olduğu qədər irəliləməyə imkan verdiyi şahmat görüşündə iştirak edir, eyni zamanda önəmli fiqurların hamısı mümkün həmlələrdən qorunub.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA