Argentinalı futbolçunun olduğu təyyarə yoxa çıxıb

  • 2019-01-22 19:58:21
  • |
  • İdman /

Argentinalı futbolçunun olduğu təyyarə yoxa çıxıb

Uelsin "Kardif" klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Fransa "Nant"ından ayrılan argentinalı hücumçu Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq "The Piper Malibu" adlı özəl təyyarə ilə 20 saatdan çoxdur ki, əlaqə itib. Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.

Fransa polisi futbolçunun təyyarəyə mindiyini təsdiqləyib. İki helikopter və gəmilər axtarışa başlayıb. "Kardiff Siti"nin prezidenti Mehmet Dalman bildirib ki, təyyarə ilə La Manş boğazında əlaqə kəsilib.
Fransalı jurnalist Arnaud Vaydzik Tviiter səhifəsində yazıb ki, Nantdan Kardiffə gedərkən qəzaya uğrayan təyyarədə Emiliano Sala da olub

Qeyd edək ki, İngiltərə Premyer Liqasa çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib.\\Qol.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA