Arif Məlikovun qəbirüstü abidəsi bu tarixdə hazır olacaq - AÇIQLAMA

Arif Məlikovun qəbirüstü abidəsi bu tarixdə hazır olacaq - AÇIQLAMA

Azərbaycanın dünya şöhrətli bəstəkarı, Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsini Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov hazırlayacaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə unikal.org-a xalq rəssamı Ömər Eldarov məlumat verib. O, qəbirüstü abidənin hazır olacağı tarixi də açıqlayıb:

"Mütləq ilin axırına kimi abidəni hazırlayıb, başa çatdıracam. Mən onu deyə bilərəm ki, heykəl tam fiqur olacaq. Amma bu heykəlin oturaq və ya ayaqüstə olacağı haqda heç nə deyə bilmərəm. Hələ ki, layihəni dəqiqləşdiririk. Mütləq bu işləri ailəsi ilə məsləhətləşəndən sonra qərar verəcəyik. Mən Arif Məlikovun ailəsi ilə də danışıram. Onlarla bir neçə dəfə görüşmüşəm. Mərhumun ailəsi də mənə yaxından kömək edir".

Qeyd edək ki, bu ilin may ayında 85 yaşında dünyasını dəyişən Azərbaycanın dünya şöhrətli bəstəkarı, Xalq artisti Arif Məlikov 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Картинки по запросу Ömər Eldarov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz