Armatur qadının kürəyindən girib qarnından çıxdı - UCARDA DƏHŞƏT

Armatur qadının kürəyindən girib qarnından çıxdı - UCARDA DƏHŞƏT

Ucar rayonunda bədbəxt hadisə nəticəsində qadın evin damından yıxılıb.

Hurriyyet.org "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

Belə ki, kənd sakini, 1980 ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb.

Hadisə zamanı yerdə torpağa basdırılmış dəmir armaturun üstünə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyəsindən çıxıb.

Ağır bədən xəsarəti alan qadın yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarılıb.

Xəstəxanadan velilən məlumatına görə, hazırda Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA