“Arsenal”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı

  • 2018-12-06 13:20:51
  • |
  • İdman /

“Arsenal”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rob Holdinq Premyer Liqanın 15-ci turu çərçivəsində “Mançester Yunated” klubuna qarşı keçirilən oyunda zədələnib.

Hurriyyet.org xəbər verir ki, mərkəz müdafiəçisi bu il keçiriləcək bütün oyunları, o cümlədən dekabrın 13-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmanı buraxmalı olacaq.

London klubunun baş məşqçisi Unai Emerinin sözlərinə görə, o, ağır zədədən yenicə qayıtmış Loran Koselni ilə əvəzlənəcək.

“Loran oynamağa çox yaxındır. O, U-23-ün heyətində bir neçə oyun keçirib. Onun həftəsonu meydana çıxıb-çıxmağayacağını bilmirəm. Biz çox ümid edirik ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmada meydanda olacaq”, - U.Emeri bildirib.

Qeyd edək ki, dünənki görüşdə “Arsenal”ın uelsli mərkəz yarımmüdafiəçisi Aaron Remzi də zədələnib və fasilədə əvəzlənib.

Loading...

QALEREYA