Arvadını 40 bıçaq zərbəsi ilə öldürdü - CƏZASI BƏLLİ OLDU

Arvadını 40 bıçaq zərbəsi ilə öldürdü - CƏZASI BƏLLİ OLDU

Sumqayıtda arvadını qısqanclıq zəminində 40-dan çox bıçaq vuraraq qətlə yetirməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Yaqub Ağayev 16 il müddətinə azadlıqdan azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində törədib. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA