“ASAN xidmət”in işçilərinin sayı artırıldı - Prezidentdən FƏRMAN

  • 2019-04-17 17:21:52
  • |
  • Ölkə /

“ASAN xidmət”in işçilərinin sayı artırıldı - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Hurriyyet.org xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb. Agentliyinin işçilərinin sayı 895 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki,“ASAN xidmət”in işçilərinin sayı indiyədək 715 nəfər olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA