Aşıq Namiqin 54 min 500 manatı qaytarıldı - BARIŞIQ

  • 2018-05-16 15:54:13
  • |
  • Ölkə /

Aşıq Namiqin 54 min 500 manatı qaytarıldı - BARIŞIQ

Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ko, zərərçəkmiş şəxs Aşıq Namiq məgkəməyə barışıq ərizəsi təqdim edib. O, ərizəsində 54 min 500 manatını alması və təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmadığını qeyd edib.

Həmçinin o da məlum olub ki, təqsirləndirilən şəxslər digər zərərçəkmişlərin də pulunu ödəyib.

Növbəti məhkəmə iclası mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, ötən iclasında prokuror çıxışında R.Babayevin 8 il və E.Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmini istəyib.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər.

Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu ədələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda yazılır ki, bu şəxslər də ucuz komuyter almaq istəyərkən təqsirləndirilən şəxslər tərəfindən aldadılıblar.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib./musavat.com/

Loading...

QALEREYA