Tanınmış azərbaycanlı aşıq dəfn olundu - YENİLƏNİB

Tanınmış azərbaycanlı aşıq dəfn olundu - YENİLƏNİB

Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dəfn edilib.

Hurriyyet.org xəbər verir ki, V.Mahmudoğlu Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, bir neçə gün öncə infarkt keçirən V.Mahmudoğlu Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunmuşdu.

Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub./report/

Allah rəhmət eləsin!

***

Aşıq Vüqar Mahmudoğlu vəfat edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya aşığın qardaşı, jurnalist Anar Niftəliyev məlumat verib.

O qeyd edib ki, aşıq Vüqar Mahmudoğlu ürək xəstəliyindən əziyyət çəkirdi: “Axşam saat 3-də dünyasını dəyişib. Bir neçə gün əvvəl infarkt keçirmişdi, reanimasiyada yatırdı, bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Vüqarı Şamaxıda dəfn edəcəyik. Yas yeri və vida mərasimi Müşfiqabad qəsəbəsində olacaq”.

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

Aşıq Vüqar Mahmudoğlu vəfat edib

Loading...

QALEREYA