ASPİRİN XƏRÇƏNGİN QARŞISINI ALIR

  • 2018-07-21 13:01:28
  • |

ASPİRİN XƏRÇƏNGİN QARŞISINI ALIR

Amma bunu tətbiq edən xəstələr ətraflı müayinədək keçməlidirlər

Amerikanın Norsvell Hels hospitalının həkimləri aydınlaşdırıb ki, aspirini gündəlik müəyyən dozada qəbul etmək xərçəng riskini azaldır. Daha dəqiq desək, yumurtalıqda yaranan xərçəngin qol-qanad atmasının qarşısını alır.

Hurriyyet.org xəbər verir ki, “MedicalXpress” jurnalı bu elmi işlə bağlı geniş material hazırlayıb.

Alimlər bu qənaətə 13 elmi sınaqdan sonra gəliblər. Bu tədqiqatlarda 750-dən artıq qadın iştirak edib. Həkimlər aspirin və İbupren və Naproksen iltihabəleyhinə preparatların qəbul edən pasiyentlər üzərində müşahidə aparıblar.

Məlum olub ki, aspirin qəbul edən xəstələrdə xərçəngin qarşısı 10 faiz alınır.

Elmi işin müəllifi Şelli Tuorogerin dediyinə görə, aspirinin xərçəng riskini azaltması dəqiqdir, amma bunu belə xəstələrə tətbiq etməzdən qabaq onlar bir sıra təhlillər keçməlidirlər.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA