Astana rəsmən Nur-Sultan oldu

  • 2019-03-23 11:35:56
  • |
  • Dünya /

Astana rəsmən Nur-Sultan oldu

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adının Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Hurriyyet.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, Kasım-Jomart Tokayev martın 20-də parlamentdə ölkə paytaxtının adını Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsini təklif edib.

Qazaxıstan parlamenti ölkə paytaxtının adının dəyişdirilməsi ilə bağlı konstitusiyaya dəyişikliklər edib.

Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA