“Atamın meyitinin yuyulmasında iştirak etmişəm" - Sağ olduğu deyilən avtoritetin oğlu

“Atamın meyitinin yuyulmasında iştirak etmişəm" - Sağ olduğu deyilən avtoritetin oğlu

Bir neçə gün öncə Rusiyanın “Sobesednik.ru” saytında 2012-ci ildə Moskvada avtomobilində qətlə yetirilən “Danabaş” ləqəbli azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılovun (Əliyevin) Çexiyanın paytaxtında peyda olduğuna dair məlumat yayılıb. Məlumatda bildirilirdi ki, 2015-ci ildə Çexiyada “Mega Color” adlı firma qeydiyyatdan keçib, bu firmanın həmtəsisçilərindən biri isə İlqar Cəbrayılov adlı şəxsdir. Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı... Araşdırma nəticəsində doğum tarixi və Moskva ünvanı da mərhumunki ilə üst-üstə düşüb.

Hurriyyet.org
xəbər verir ki, İ. Cəbrayılovun oğlu İbrahim Əliyev qafqazinfo-nun redaksiyasına gələrək bildirib ki, atasının həyatda olması ilə bağlı xəbərlər əsassızdır.

O, atasını 2012-ci ildə ailə üzvləri ilə birlikdə Yasamal qəbiristanlığında dəfn etdiklərini söyləyib:

“Bu xəbəri eşidəndə həm güldüm, həm də sevindim. Bəzən olur axı, yeraltı dünyanın ölü bildiyimiz adamları sağ çıxır. Lakin bu atamla bağlı məsələyə aid deyil. Biz 3 qardaşıq, mən ən kiçiyiyəm. Atamın dəfnində, meyitinin yuyulmasında qardaşlarımla birgə iştirak etmişəm. Bu informasiyalar sadəcə təxribat xarakteri daşıyır. Biz istəyirik atamızın ruhu şad olsun”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA