Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATLARI - FOTOLAR

  • 2019-02-13 13:16:22
  • |
  • Ölkə /

Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATLARI - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayev qətlə yetirilib.

Hurriyyet.org bildirir ki, unikal.org dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edib.

Yaxınlarının verdiyi məlumata görə, qətlə yetirilən Rəşad Fətullayev N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirib. Mərhum 540 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi imiş. O, qış imtahanlarını verib Şirvan şəhərinə ailəsinin yanına gedib. Hadisə baş verən gün mərhum Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən atası Rauf Fətullayevə məxsus mağazada olub. Bu zaman yaxınlıqda kirayə qalan Adıgözəlov Amil Mahir oğlu Rəşad Fətullayevi vuracağı ilə hədələyib. O isə qatilə buna inanmadığını, önu öldürə bilməyəcəyini deyib. Bu zaman qatil üzərində olan bıçaqla onu ürəyindən vurub. Ağır xəsarət alan Rəşad Fətullayev özünü yaşadığı evə çatdırsa da, atasının qucağında can verib. Rəşadın özündən kiçik, 10-cu sinifdə oxuyan bir qardaşı da var. Həmçinin Rəşad Fətullayev "hə"si olub, yaxın zamanda nişanı olacaqmış.

Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, Sabirabad rayon sakini A.Adıgözəlov Şirvan şəhər polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Atasının qollarında can verən tələbənin qətlininTƏFƏRRÜATLARI - FOTOLARAtasının qollarında can verən tələbənin qətlininTƏFƏRRÜATLARI - FOTOLARAtasının qollarında can verən tələbənin qətlininTƏFƏRRÜATLARI - FOTOLARAtasının qollarında can verən tələbənin qətlininTƏFƏRRÜATLARI - FOTOLARAtasının qollarında can verən tələbənin qətlininTƏFƏRRÜATLARI - FOTOLAR

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA