ATƏT sədri Əliyev-Paşinyan görüşü haqda - "Tam dəstəkləyirik"

ATƏT sədri Əliyev-Paşinyan görüşü haqda - "Tam dəstəkləyirik"

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.

Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədri Dağlıq Qarabağ məsələsinə dair danışıqlardakı konstruktiv ab-havanı, liderlərin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.

“Biz bu barədə müsbət fikirdəyik və danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – M.Layçak bildirib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA