Avraam Linkolnun məktubu: Bir qazanılan dollar beş tapılan dollardan qiymətlidir

Avraam Linkolnun məktubu: Bir qazanılan dollar beş tapılan dollardan qiymətlidir

Avraam Linkoln dünyadakı ən məşhur şəxsiyyətlərdəndir. ABŞ-da quldarlığın ləğvi onun sayəsində baş tutub və bu, onu milli qəhrəman edib.

Öz zamanında sərt tənqidlərlə üzləşməsinə, ilk öldürülən prezident olmasına baxmayaraq, sorğulara əsasən, o, hələ də Amerika xalqının ən sevimli prezidentidir.

Avraam Linkolnun dörd oğlundan üçü yetkinlik yaşına çata bilməyib (4, 11 və 18 yaşlarında vərəm və tifüs xəstəliklərindən ölüblər). Ancaq böyük oğlu Robert 82 il ömür yaşayıb və siyasət, hüquq sahəsində karyera qurub.

1855-ci ildə A.Linkoln insanların tez-tez unutduğu vacib məsələlərdən ibarət “Oğlumun müəlliminə məktub”u yazıb. Məktubun beş yaşlı Uilyam – prezidentin sevimlisi üçün yazıldığı güman olunur. Amma o, heç bir təhsil ala bilməyib və 11 yaşında vəfat edərək atası ilə birgə basdırılıb.

Həmin məktubu təqdim edirik:

“Başa düşürəm ki, oğlum bütün insanların ədalətli, səmimi olmadığını biləcək. Amma ona öyrədin ki, hər eqoist siyasətçinin yerinə sədaqətli lider tapıldığı kimi, hər pis insan əvəzinə qəhrəman biri tapılacaq.

Ona başa salın ki, düşmən varsa, dost da var. Onu tapmağa çox vaxt gedəcək, amma bacarsanız, öyrədin ki, bir qazanılmış dollar beş tapılmış dollardan daha qiymətlidir. Ona uduzmağı bacarmağı, həmçinin, qələbədən zövq almağı öyrədin.

Bacarsanız, onu paxıllıqdan uzaq tutun, səssiz gülüşün sirlərini başa salın. Ona kitablarla maraqlanmağı öyrədin.

Ona sərbəst vaxt verin ki, o, çoxillik sirlər - səmadakı quşlar, günəş şəfəqləri, yaşıl təpələrdəki çiçəklər barədə düşünsün.

O məktəbdə oxuyanda ona öyrədin ki, uğursuzluğa dözmək daha şərəflidir, nəinki aldatmaq. Ona öz ideyalarına inanmasını söyləyin, hətta kimsə ona “səhv yolda olduğunu, itəcəyini” desə də... Ona yumşaqxasiyyətli insanlarla yumşaq, sərt insanlarla sərt olmağı öyrədin.

Oğluma hər kəs qalib tərəfə gedəndə kütləni izləməmə gücü verməyə çalışın. Ona bütün insanlara qulaq asmaq, amma eşitdiklərini analiz edə bilmək bacarığı verin.

Bacarsanız, ona kədərdə də gülməyi öyrədin. Göz yaşlarında utanılacaq heç nə olmadığını izah edin.

Beyin və əzələ gücünü müəyyən məbləğdə satsa da, heç vaxt ürək və qəlblə alış-veriş etməməyi öyrədin.

Ona həmişə özünə yüksək inamlı olmağı öyrədin, ancaq o zaman o, insanlıqda inamlı olacaq.

Bu, asan iş deyil, amma görün, nə edirsiniz. Oğlum elə yaxşı biridir ki...”\\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA