Avroliqada 1/8 finalın püşkü atıldı

  • 2019-02-22 16:51:59
  • |
  • İdman /

Avroliqada 1/8 finalın püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Hurriyyet.org xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimdə bu komandalar iştirak ediblər:

“Arsenal” (İngiltərə), "Benfika" (Portuqaliya), "Çelsi" (İngiltərə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Dinamo" (Kiyev, Ukrayna), "Ayntraxt" (Frankfurt, Almaniya), "İnter" (Milan, İtaliya), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Renn" (Fransa), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya), "Slaviya" (Praqa, Çexiya), "Valensiya" (İspaniya), "Vilyarreal" (İspaniya), "Zenit" (Rusiya).

Bu mərhələdə səpələnmiş və səpələnməmiş komandalar, eləcə də eyni ölkənin təmsilçilərinin fərqli cütlüklərə bölgüsü olmayıb. Amma UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiyanın "Krasnodar" və "Zenit" komandaları Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə rəqib ola bilməyəcəkdilər.

1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək.

Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Avropa Liqası
1/8 final

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)
"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)
"Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)
“Arsenal” (İngiltərə) - "Renn" (Fransa)
"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA