Avroliqada yarımfinalçılar bəlli oldu - VİDEOLAR

Avroliqada yarımfinalçılar bəlli oldu - VİDEOLAR

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Hurriyyet.org xəbər verir ki, bu gecə baş tutan cavab oyunlarından sonra qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 komandanın adına aydınlıq gəlib.

İlk görüşdə doğma meydanda ÇSKA-nı böyük hesabla (4:1) məğlub edən “Arsenal” Moskvaya bu hesabın verdiyi arxayınlıqla yollanmışdı. Arsen Vengerin yetirmələri Rusiya paytaxtında “hərbçilər”ə son zərbəni vurmağı və yarımfinala vəsiqə qazanmağı hədəfləmişdi. Dönüş etməyə çalışan ruslar bu görüşdə iki cavabsız qolla öndə olsalar da, bundan artığına gücləri çatmayıb. Qalan dəqiqələrdə buraxılan qolların əvəzini çıxan London klubu bu dəfə heç-heçəyə nail olub və növbəti mərhələyə vəsiqəni təmin edib.

Mərhələnin ən maraqlı görüşlərindən biri də Fransada baş tutub. Marsel “Olimpik”i doğma meydanda “Leyptsiq”dən ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. 7 qolun qeydə alındığı qarşılaşma məhz fransızların inamlı qələbəsiylə başa çatıb.

“Atletiko” isə “Sportinq”in qonağı olub. İlk görüşdə 2:0 hesabıyla qalib ayrılan “hindular” Lissabona üstün yollanmışdı. Portuqaliya təmsilçisi doğma meydanda minimal hesabla üstün olub. Lakin bu qələbə Madrid klubunu mübarizədən kənarlaşdırmaq üçün yetərli olmayıb.

“Latsio” səfərdə “Zalsburq”la qarşılaşıb. Roma təmsilçisi ilk matçda 4:2 hesabıyla qalib gəlib. Lakin evdə buraxılmış 2 qol Avstriyada Simeone İnzaqinin yetirmələrinə problem yarada bilərdi. Belə də olub. Doğma meydanda 4:1 hesabıyla qalib gələn Avstriya təmsilçisi möhtəşəm əzmkarlıqla yarımfinala yüksəlib.

Avropa Liqası
1/4 finalın cavab oyunları

12 aprel

“Zaltsburq” (Avstriya) - “Latsio” (İtaliya) 4:1
Qol: Dabbur, 56. Haydara, 72. Huanq, 74. Layner, 76 - İmmobile, 55.
İlk oyun – 2:4

“Sportinq” (Portuqaliya) - “Atletiko” (İspaniya) 1:0
Qol: Montero, 28.
İlk oyun – 0:2

ÇSKA (Rusiya) - “Arsenal” (İngiltərə) 2:2
Qol: Çalov, 39. Nababkin, 50 - Uelbekk, 75. Remzi, 90.
İlk oyun – 1:4

“Olimpik” (Marsel, Fransa) - “Leyptsiq” (Almaniya) 5:2
Qol: İlsanker, 6-avtoqol. Sarr, 9. Tovin, 38. Payet, 60. Sakai, 90+2 - Bruma, 2. Auqustin, 55.
İlk oyun – 0:1

Loading...

QALEREYA