Avroliqanın Bakı finalçıları BƏLLİ OLDU - VİDEO

  • 2019-05-10 10:03:03
  • |
  • İdman /

 

Avroliqanın Bakı finalçıları BƏLLİ OLDU - VİDEO

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Hurriyyet.org xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

“Arsenal” səfərdə “Valensiya” ilə qarşılaşıb. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan London klubu, səfərdə də inamlı qələbəyə sevinməklə finala adlayıb.

Digər oyunda "Çelsi" doğma azarkeşləri önündə "Ayntraxt"ı qəbul edib. Səfərdə Frankfurt təmsilçisiylə qollu bərabərə qalan (1:1) "zadəganlar", görüşün əsas favoriti idi. Amma cavab qarşılaşmasında da əsas vaxt 1:1 yekunlaşıb. Tərəflər əlavə vaxtda da tarazlığı poza bilməyiblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Çelsi" həlledici oyuna vəsiqə qazanıb.

Beləliklə, Avropa Liqasının finalında "Arsenal"la "Çelsi" üz-üzə gələcək. London klubları arasındakı oyun mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları

9 may

Valensiya (İspaniya) – Arsenal (İngiltərə) 1:4 (ilk oyun 3:1)
Qollar: Qameyro, 11; 58 - Obameyanq, 17; 69; 88. Lakazett, 50.

Çelsi (İngiltərə) – Ayntraxt (Almaniya) 1:1, penaltilər 4:3 (ilk oyun 1:1)
Qol: Loftus-Çik, 28 - Yoviç, 49.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA