Avropa İttifaqı Qüdsün statusu ilə bağlı narahatlığını bildirdi

Avropa İttifaqı Qüdsün statusu ilə bağlı narahatlığını bildirdi

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Qüdsün statusu ilə bağlı problem yaradacaq hər hansı bir qərar və ya birtərəfli addımın dünya miqyasında əks-səda doğuracağı barədə xəbərdarlıq edib.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin İordaniyanın xarici işlər naziri Eymen Əl-Safadi ilə telefon danışığı ilə bağlı verdiyi açıqlamada deyilir: “Avropa İttifaqı Qüdsün statusunda dəyişikliyə səbəb olacaq hər hansı bir qərar, yaxud da addımın ciddi nəticələri olacağı fikrindədir. Belə bir qərar dünya miqyasında əks-səda doğura bilər”.

İsrail-Fələstin arasındakı sülh prosesini hədəfə almaq çağırışı edilən açıqlamada deyilir: “ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı təqdirdə sülh prosesinə ciddi zərbə vurulacaq”.

Açıqlamada Aİ-nin sülh prosesinin təkrar başlanması üçün bütün tərəflərlə əlaqə saxlamağa davam edəcəyi bildirilib.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA