Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Hurriyyet.org xəbər verir ki, Avropa ittifaqı Krım ilə Sevastopolun qanunsuz şəkildə işğal edilməsi ilə bağlı Rusiyaya qarşı tətbiq elədiyi sanksiyaların müddətini bir il uzatmağı qərara alıb.

Aİ Şurasının yazılı açıqlamasında Rusiyanın Krım ilə Sevastopolu qanunsuz işğal elədiyi üçün Aİ-nin tətbiq elədiyi məhdudlaşdırıcı tədbirlərin 2020-ci il iyunun 23-nə qədər uzadıldığı bildirilir.

Qadağaya görə, Aİ vətəndaşları və şirkətləri Krım və Sevastopol bölgələrindəki fəaliyyətlərini məhdudlaşdırır. Aİ-yə bu iki bölgədən məhsul idxalına icazə verilir.

Aİ vətəndaşları və ya şirkətləri Krım və Sevastopoldan mülk ala bilməzlər. Bu bölgədəki şirkətlərə maliyyə xidməti göstərilə bilməz. Avropanın turist gəmiləri fövqəladə vəziyyətlər istisna olmaqla, Krım və Sevastopol sahillərinə yanaşa bilməzlər. Krım bölgəsinə nəqliyyat, telekommunikasiya və enetji sektorlarında istifadə ediləcək bəzi məhsul və texnologiyalar ixrac edilə bilməz. Xüsusilə də, neft, təbii qaz və mədən axtarışı, çıxarılması və istismar edilməsi ilə bağlı teznologiyalar verilməsi əngəllənir. Bu sektorlara texniki dəstək verilmir.

2014-cü ilin mart ayında Rusiya Krım Muxtar Respublikasını və Sevastopoli qanunsuz şəkildə işğal eləmişdi. Krımın Rusiya tərəfindən işğal edilməsi və Ukraynanın şərqində baş verən qanlı toqquşmalardan sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə başlamışdı.

Hurriyyet.org