“Avropa İttifaqı Ukraynanın qarantıdır” - Zelenski

  • 2019-06-07 14:25:01
  • |
  • Dünya /

“Avropa İttifaqı Ukraynanın qarantıdır” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla görüşünün gedişində dövlət başçısı belə bir bəyanatla çıxış edib ki, Avroittifaq onun ölkəsinin müstəqilliyinin, vətənaşlarının rifahının və iqtisadiyyatının sürətli inkişafının qarantı olacaq.

Dövlət baqçısı əlavə edib ki, Ukraynanın Aİ ilə birləşməsi «Rusiya avtoritarizminə güclü zərbə vuracaq» və bundan başqa, Rusiyada və digər ölkələrdə demokratik dəyişikliklərə yol açacaq.

Bu ərəfədə, Vladimir Zelenski Avropa Kosmissiyasının (AK) prezidenti Jan-Klod Yunkerlə görüşünün gedişində Ukrayna Konstitusiyasında əksini tapmış prioritetlərin, hər şeydən əvvəl dövlətin Aİ-a və NATO-ya tamhüquqlu üzv olması istiqamətindəki strateji kursun dəyişməz olduğunu bildirib. Bundan başqa, Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin və gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Avropa Komissiyasının başçısı da öz növbəsində, əmin edib ki, Aİ Ukraynanın avrointeqrasiyaya can atmasını tam dəstəkləyir.

Tərəflər həm də 2019-cu il iyulun 8-də Kiyevdə Ukrayna-Aİ sammitinin keçirilməsində maraqlı olduqlarını ifadə ediblər./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA