Avropa İttifaqından ABŞ-a XƏBƏRDARLIQ

  • 2018-07-10 16:07:02
  • |
  • Dünya /

Avropa İttifaqından ABŞ-a XƏBƏRDARLIQ

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Şurasının başçısı Donald Tusk Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl üzünü ABŞ prezidenti Donald Trampa tutaraq deyib: “Hörmətli ABŞ, müttəfiqlərinizin qədrini bilin, onsuz da müttəfiqlərinizin sayı o qədər də çox deyil”.

Qeyd edək ki, Avropa İttifaqı ilə NATO arasında bu gün yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Polşanın keçmiş baş naziri Tusk dəfələrlə NATO müttədiqlərini təşkilatın hərbi xərclərinə dəstək olmamaqda ittiham eləyən Trampın “az qala hər gün Avropanı tənqid elədiyini” və “yaxşı müttəfiqlə bu cür davranmamalı olduğunu” bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA