Avropa Komissiyası “BMW” şirkətini 1 milyard avro cərimələdi

  • 2019-04-06 11:20:52
  • |
  • Dünya /

Avropa Komissiyası “BMW” şirkətini 1 milyard avro cərimələdi

Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, idarə heyətinin iclasında antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq olunan 1 milyard avro həcmindəki cərimə sanksiyasının ödənilməsinə qərar verilib.

Xatırladaq ki, Avropa Komissiyası BMW, “Daimler” və “Volkswagen” şirkətlərini 8 il ərzində qanunvericiliyin müddəalarına zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib. Bunun nəticəsində isə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub.

İqtisadçılar sözü gedən qərarın şirkətin 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərinə neqativ təsir edəcəyini proqnozlaşdırır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA