Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib

Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: "Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.


Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA