AVROPA MƏDƏNİYYƏTİNİN QƏLBİ YANDI: konstruksiyasından alimlərin hələ də baş açmadığı Notr-Dam de-Paridən nələr qalıb?

AVROPA MƏDƏNİYYƏTİNİN QƏLBİ YANDI: konstruksiyasından alimlərin hələ də baş açmadığı Notr-Dam de-Paridən nələr qalıb?

Artyom Filippov

vzqlyad.ru, 16.04.2019

Bazar ertəsi axşam ağlagəlməz hadisə baş verdi: bütün dünya siyasi davaları, idman görüşlərini və ailə işlərini unutdu. Milyonlarla adam qədim Paris Nort-Dam kilsəsinin (Tanrı Anası Kilsəsi-red.) – təkcə Fransa paytaxtının ən qədim binalarından biri deyil, həm də Avropa mədəniyyətinin simvollarından birinin necə yandığını seyr edirdi. Bu abidə nəyi ilə belə dəyərlidir və nəticədə orada nəyi xilas etmək mümkün olub?

Düşünməyinə dəyər ki, siyasi və dini əqidəsindən asılı olmayaraq niyə bu qədər adam baş verənə ağrı və kədərlə reaksiya verib, axı insan qurbanı haqda heç bir məlumat olmayıb.

Dünyada milyonlarla adam və minlərlə parisli kilsənin qotik milinin necə yandığını, sonra isə damın bir hissəsi ilə çökdüyünü müşahidə edib. Dünyanın xəbər buraxılışları non-stop (fasiləsiz-red.) rejimə keçib, sosial şəbəkələr şərhlərdən çatlayıb və dünya məşhurları itkiylə bağlı hisslərini bölüşməyə tələsiblər: “Parisli xanım bizi tərk etdi”, “ekzistensial dəhşət”, “bütün düydakı adamlar üçün iman işarəsi od içindədir”, “Fransanın faciəli günü”, “Paris öz Kilsəsindən məhrum oldu”…

Əlbəttə, adamlar duyğusal hay verib, çünki özünün bütün uzun tarixi boyunca bizə insanın nailiyyət və kəşflərinin ardıcıllığından danışan gözəlliyin əbədi rəmzinin məhvi və həlakını birbaşa efirdə görüblər. Kilsənin tikintisi XII yüzillikdə başlanıb və 200 ildən bir qədər az vaxtda sürüb. Nort-Dam Fransa inqilabı vaxtı murdarlanmadan və uzunmüddətli bərpa dönəmindən keçib.

NotR-Dam səkkiz yüz il Parisi seyr edib, zəngləri isə həm fərəh, həm də kədərli hadisələr illərində, məsələn, 2015-in noyabrında Parisdə dəhşətli terakt zamanı səslənib.

Kilsə şəhərin və ölkənin, Avropanın mədəni qəlbinin lal şahidi kimi yüz illər boyunca əzəmətlə durub. O, dini zorakılıq, savaşlar, epidemiyalar və siyasi iğtişaşlar dövrünü yaşayıb. Lakin onu məhv etməkdən yana alova cəmi bir neçə saat gərək oldu. Tarixin özü gözümüzün qabağında gerçək zamanda yandı.

O, qədim və gözəl olsa da, sadəcə, yanan bina deyil, həm də övladlarımız və nəvələrimizlə, bəlkə də, heç vaxt bölüşə bilməyəcəyimiz insani keçmişimizin qayıtmayacaq qismi idi. Hətta, yanğınsöndürənlərin bildirdikləri kimi, ən dəyərli şeylər xilas edildiyinə baxmayaraq – hesab edildiyi kimi, İsanın tikanlı çələngini göstərən əşya bu tutyaların içində idi. XIX yüzillikdən damda duran 16 mis heykəl də sırf təsadüfən salamat qalıb –onları tam mənasilə bir neçə gün qabaq bərpaya aparıblar. Lakin, deyəsən, XII yüzilliyin orijinal interyerləri və nadir qapı-pəncərə naxışları həmişəlik itirilib.

Məşhur parisli yazıçı Paskal-Emmanuel Qobri baş verəni şərh edib: “Bu, sadəcə, fəlakətdir. Saysız-hesabsız misilsiz incəsənət əsərləri və artefaktlar. Damın orijinal, inşa prinsipi çağdaş alimlər tərəfindən sonadək dərk edilməyən ağac konstruksiyası özlüyündə misilsiz abidədir. Ürəyim qana dönüb”.

Nort-Dam-de-Pari Avropa incəsənəti və mədəniyyətinin tarixini özündə cisimləndirir. Biz Notr-Damı itirməklə təkcə müqəddəs məkanı və bədii xəzinəni deyil, həm də insan hünərinin rəmzlərindən birini itiririk. Nort-Dam təsəvvürəgəlməz qədər əmək, resurs və vaxt sərf etsək, biz insan məxluqlarının yarada biləcəyi ən gözəl şeyləri təqdim edir. O, bəşər tarixində müəyyən bir zirvədir. Və son məlumatlara görə, xoşbəxtlikdən kilsənin xeyli hissəsini xilas etmək mümkün olub.

Viktor Hüqo Tanrı Anası Kilsəsini insanlığın yaratdığı incəsənət əsəri sayaraq eyniadlı romanında yazırdı: “Əzəmətli binalar da uca dağlar kimi yüzilliklərin əsəridir… Rəssam, şəxsiyyət, insan özündən sonra yaradıcının adını buraxmayaraq bu əzəmətli böyüklükdə itir; insan zəkası onda öz ifadəsini və özünün ümumi yekununu tapır. Burada zaman memar, xalq isə bənnadır”.

Hüqo öz romanını bitirəndə Notr-Dam dəhşətli vəziyyətdə idi, köhnədəbli sayılır və tədricən uçurdu. “Paris Tanrı Anası Kilsəsi” romanı 1831-də nəşr olunub, onun uğuru ictimaiyyətin diqqətini çəkməyə yardım edib və on ildən sonra bərpa işləri başlanıb. Kilsə hərfi mənada ölüm ayağında xilas edilib.

Nəticədə dünyada ən çox tanınan memarlıq abidələrindən biri kimi dünənki günədək Parisdə istənilən turist marşrutunun mərkəzi hissəsi kimi qalıb. Lakin şübhə yoxdur ki, yanmış kilsənin turistlər üçün cazibəsi orijinaldan heç də az olmayacaq (bəlkə də, çox olacaq). Ola bilsin, bir daha onun dirçəlişinin şahidi olacağıq. Bu isə o deməkdir ki, yanmış tarix Parisə canlı tarix qədər gəlir gətirə bilər.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA