Avropa nə üçün İranın nüvə silahına qarşı ABŞ sanksiyalarını dayandırmaq istəyir?

Avropa nə üçün İranın nüvə silahına qarşı ABŞ sanksiyalarını dayandırmaq istəyir?

Və yaxud 2015-ci il nüvə razılaşmasının detalları nələrdən ibarət idi?

İlk olaraq ikinci sualdan başlayaq: 2015-ci il nüvə razılaşmasının detalları nələrdən ibarət idi? Bəlli olduğu kimi, İran və 6 ölkənin danışıqlar qrupu Tehranın Nüvə Proqramı səbəbindən yaranmış 12 illik çıxılmaz vəziyyətə son qoymaq məqsədilə Birgə Hərtərəfli Fəaliyyət Planı olaraq bilinən əhəmiyyətli bir müqavilə imzaladı. İki illik danışıqlardan sonra Vyanada baş tutan bu həmlə sanksiyaların yumşaldılmasının əvəzinə, dünyanın qalan ölkələrini nüvə silahının inkişafının mümkünsüzlüyünə inandıraraq, İran proqramını məhdudlaşdırırdı. Öz-özlüyündə bu, sadə bir sazişdir. İran ötən on il ərzində ona güclü təsir göstərmiş sanksiyaların başa çatması üçün nüvə proqramına ciddi məhdudiyyətlər qoydu. Müqavilə çərçivəsində İran öz nüvə başlıqlarının üçdə ikisini söndürdü, zənginləşdirilmiş uranın 98 faizini satdı və plutonium istehsal reaktorunu betonla doldurdu. Nəticədə nüvə ilə əlaqədar bütün sanksiyalar 2016-cı ilin yanvarında İranın qlobal bazarlara qayıtması ilə ləğv edildi.

Donald Tramp ilə nə dəyişdi?

Müqavilənin həyata keçirilməsinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) razılaşmadan bu yana Tehranın şərtlərə əməl etdiyini 12 dəfə təsdiq edib. Bəs, Donald Trampın hakimiyyətə gəlişi ilə nə dəyişdi?

Xatırladaq ki, D.Tramp 2016-cı ilin noyabr ayında prezident seçilməzdən əvvəl "İranla fəlakətli razılığı yox etməyi" vəd etdi. Tramp bu müqavilənin İranın regional davranışına və ya raket proqramına təsir göstərməyən uğursuz bir anlaşma olduğuna inanır. Tənqidçilər isə deyirlər ki, bu, Barak Obamanın mirasını dağıtmağın bir yoludur - İran anlaşması Obamanın xarici siyasət uğurunun bir imzası idi.

Əvvəlcə Tramp könülsüz şəkildə İran əleyhinə bir qism sanksiyalardan imtina etdi. Lakin mayda ABŞ razılaşmadan çıxdığını elan etdi və beynəlxalq nüvə müqaviləsini, BMT qətnaməsini pozaraq, İrana qarşı "ən yüksək iqtisadi sanksiyalar" tətbiq edəcəyini, Avropadakı ABŞ müttəfiqlərindən ayrı hərəkət edəcəyini açıqladı. İranla nüvə müzakirələrində iştirak edən altı əsas qüvvə P5 + 1 kimi tanınan bir qrup idi: BMT Təhlükəsizlik Şurasının beş davamlı üzvü - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-Almaniya. Nüvə razılaşması BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqa daxil edilmiş bir qərarı ilə təsdiqlənmişdir. Trampın rəhbərliyi ilə ABŞ-dan başqa, digər bütün müqaviləyə imza atanlar anlaşmanın işlədiyini və onu saxlamaq istədiklərini qətiyyətlə bildirdilər.

Yeni sanksiyalar nələri əhatə edir?

Buna rəğmən, Trampın ilk sanksiyalar siyahısı avqust ayında yenidən işə düşdü. Bu tədbirlər ilk olaraq ölkənini dollara, qızıl və digər qiymətli metallara çıxşını, maşınqayırma sənayesini vurdu, küçə etirazlarının artmasına gətirib çıxardı. Bu sanksiyaların ardınca isə bazar günü qüvvəyə minən İrandan neft ixracına embarqo və bank sektoruna sanksiyalar qoyan daha sərt əlavə sanksiyalar tətbiq edildi. Oktyabr ayında BMT-nin beynəlxalq ədliyyə məhkəməsi (ICJ) ABŞ-ın İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsi ilə bağlı Vaşinqtona humanitar ticarət, ərzaq, tibb və mülki aviasiya ilə bağlı məhdudlaşdırıcı tədbirləri qaldırmağı əmr edib.

Sanksiyalar İran üçün kritik bir zamanda baş verdi. İqtisadi şikayətlərdən, sosial və siyasi azadlıqların olmamasından beynəlxalq təzyiqlərə və sanksiyalara qədər dəyişən amillərin kombinasiyası ölkəni misilsiz təzyiq altında qoydu. Avropa bu tədbirləri aradan qaldırmaq üçün bir mexanizm yaratmışdır. Avropa diplomatları ümid edirlər ki, təklif olunan tədbirlərin xüsusi məqsədli vasitə (SPV) olaraq tanınmasına ümid edirlər. Düşünürlər ki, iqtisadiyyatını xilas etmək üçün İranı könülsüz olsa da, müqavilə içində qalmağa razı salacaqlar.

KƏNAN, Hurriyyet.org

Loading...

QALEREYA