Avropa Parlamenti qətnamə qəbul etdi: "Şimal axını 2" dayandırılacaq

Avropa Parlamenti qətnamə qəbul etdi: "Şimal axını 2" dayandırılacaq

Avropa Parlamenti Strasburqda plenar sessiya zamanı Avropa İttifaqı və Rusiya arasında siyasi münasibətlər barədə qətnaməni qəbul edib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, qətnaməyə əsasən, "Şimal axını 2" layihəsinin icrası dayandırılır.

Bundan başqa, Moskva Avropa İttifaqının strateji tərəfdaşı hesab olunmur.

Qətnamənin lehinə 402 deputat, əleyhinə 163 deputat səs verib.

Sənəddə vurğulanır ki, "Şimal axını 2" layihəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən asılılığını gücləndirir və Aİ-nin enerji siyasətinə cavab vermir.

Qeyd edək ki, "Şimal axını - 2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA