Avropa Parlamentində Bakı əleyhinə erməni konfransı - LAPŞİN DƏ ÇIXIŞ EDƏCƏK

  • 2019-03-01 14:15:46
  • |
  • Dünya /

Avropa Parlamentində Bakı əleyhinə erməni konfransı - LAPŞİN DƏ ÇIXIŞ EDƏCƏK

Martın 6-da Avropa Parlamentində “Ermənifobiya. Tarixi və müasir təzahürləri” mövzusunda konfrans keçiriləcək.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Daşnaksütyun Partiyasının əsas qurumlarından biri sayılan “Ay Data” təşkilatının Avropa ofisinin rəsmi nümayəndəsi Arut Şirinyan erməni KİV-ə bildirib ki, konfrans onun təmsil etdiyi qurumun və Tüfəngyan Fondunun təşəbbüsü ilə keçiriləcək.

Forumda həmçinin Avropa Birliyi-Ermənistan Dostluq Qrupunun rəhbəri Eleni Teoxariusun iştirakı nəzərdə tutulub. Tədbirdə əsas məruzəçi kimi Türkiyədən gələn bir sıra alimlər, Qarabağ separatçılarının “ombudsmanı” Artak Beqlaryan, keçmiş “ombudsman” Ruben Məlikyan, bloqer Aleksandr Lapşin, polşalı ermənişünas Yakub Oşiyetskiyin çıxışı planlaşdırılıb. Konfransda məruzəçilərin xüsusilə Azərbaycan və Türkiyəni hədəf alması və burada ermənifobiyanın geniş yayılmasını iddia etməsi nəzərdə tutulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA