“Avropa Parlamentinin qərarı bizim üçün yox kimidir” - BƏKİR BOZDAĞ

“Avropa Parlamentinin qərarı bizim üçün yox kimidir” - BƏKİR BOZDAĞ

“Türkiyəyə qarşı hər zaman qərəzlidirlər”

Hurriyyet.org xəbər verir ki, Türkiyə hökumətinin mətbuat katibi və baş nazirin müavini Bəkir Bozdağ Avropa Parlamentinin “Zeytun budağı” əməliyyatı ilə bağlı qərarı ilə bağlı “Tvitter” sosial şəbəkəsində açıqlama verib: “Avropa Parlamentinin bu qərarı Türkiyə üçün yox hökmündədir. AP-nin belə bir qərar qəbul eləməsi, Türkiyənin terrorla mübarizəsindən vaz keçəcəyi demək deyil”.

Baş nazirin müavini Avropa Parlamentinin Türkiyəyə Afrindən çıxması çağırışı edən qanun layihəsinin qəbul edilməsi ilə bağlı “Tvitter”dəki səhifəsindən açıqlama verib. Bozdağ yazıb: “Suriyadakı vəziyyət” başlıqlı qərar qəbul edən Avropa Parlamenti həqiqətləri görə bilməyib. AP bu qərarı ilə göstərib ki, Türkiyədən söhbət gedərkən ədalətli, obyektiv və tərəfsiz davrana bilmir, daim Türkiyə əleyhinə olur. Avropa Parlamenti bu qərarı ilə Avropa İttifaqının üzərində yüksəldiyi təməl dəyərlərə qarşı davranıb, terror təşkilatları ilə həmrəy olmağı, Türkiyə ilə həmrəy olmaqdan üstün tutub. Bu qərar reallıqdan ayrılma və ağıl tutulmasıdır. “Zeytun budağı” əməliyyatı dinc əhalisini terrorçuların təzyiq və zülmündən xilas eləmək, regionu terrorçulardan təmizləmək, regionda sülh və təhlükəsizliyi təmin eləmək məqsədi güdür. Terrorla mübarizəyə dəstək verməli olduğu halda, buna qarşı çıxaraq Avropa İttifaqının üzərində yüksəldiyi dəyərləri də inkar edib. Avropanın gələcəyini terror təşkilatları ilə, əliqanlı terrorçularla əməkdaşlıqda görənlər Avropa İttifaqına da, Avropa Parlamentinə də, Avropa xalqlarına da ən böyük zərəri verməkdədir. Avropa İttifaqının bu qərarı Türkiyə üçün yox dərəcəsindədir. AP-nin qəbul elədiyi bu qərarı Türkiyə üçün yox kimidir. AP-nin belə bir qərar qəbul eləməsi, Türkiyənin terrorla mübarizəsindən vaz keçəcəyi demək deyil. Afrin axırıncı terrorçudan təmizlənənə qədər regionda dinclik, sülh, təhlükəsizlik və sabitlik təmin təmin edilənə qədər “Zeytun budağı” əməliyyatı davam edəcək”.

Hurriyyet.org

Loading...

QALEREYA