Avropa Şurasının Qarabağ münaqişəsinin tənzimlənməsində yeri

Avropa Şurasının Qarabağ münaqişəsinin tənzimlənməsində yeri

Dünyaya açılan pəncərə

Avropa Şurası 1949-cu il mayın 5-də 10 aparıcı dövləti tərəfindən imzalanmış London müqaviləsi ilə yaradılmış və tez bir zamanda Avropanın nüfuzlu təşkilatına çevrildi. Avropa Şurası hüquqi statusuna görə regional beynəlxalq təşkilatdır. Avropa Şurası eyni region dövlətləri tərəfindən beynəlxalq saziş əsasında yaradılmış və təşkilatın fəaliyyəti BMT Nizamnaməsinin prinsiplərinə uyğundur. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada təsis olunan ilk belə təşkilat formasıdır. Avropa Şurası öz üzvlərinin sayını 47 üzv dövlətə çatdırdı. Azərbaycan 1992-ci ilin yanvarında Avropa Şurasına müraciət edərək “xüsusi qonaq” statusu ilə təşkilatın fəaliyyətində təmsil olunmaq istədiyini bildirdi. Həmin dövrdə Avropa Şurası öz fəaliyyətini Cənubi Qafqaz regionuna qədər genişləndirməyə hazır deyildi. 1992-ci ildə Avropa Şurasının qeyri-üzv ölkələr üzrə komitəsi Ermənistan – Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan əleyhinə bəyannamə qəbul etdi. Belə bir şəraitdə Avropa Şurasında Azərbaycanın obyektiv və düzgün imicini formalaşdırmaq lazım idi. 1993-cü ildən Azərbaycan xalqı Avropa dəyərləri və standartları əsasında demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması yolunu tutaraq dünyada gedən proseslərə özünün zəngin mədəniyyəti, intellektual potensialı ilə təsir göstərməyə başladı. 1996-cı il iyunun 28-də Azərbaycanın Milli Məclisi Avropa Şurası Parlament Assambleyasında “xüsusi qonaq” statusu aldı. Daha sonra Prezident Heydər Əliyev Azərbaycanın bu təşkilata tamhüquqlu üzv olması üçün mühüm işlər gördü. H. Əliyevin Azərbaycanın bu təşkilatla əlaqələrin inkişafına verdiyi əhəmiyyət 1996-cı il iyulun 8-də imzalanan “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” sərəncamda öz əksini tapdı. 1998-ci il yanvarın 20-də “Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında,” 1999-cu ilin may ayının 14-də “Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi” və “Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalandı. Bu sərəncamlarda Avropa ölkələrində qəbul edilən standartlara uyğunluq baxımından ölkənin cinayət, cinayət-prosessual, mülki və mülki-prosessual məcəllələrinin hazırlanmasının sürətləndirilməsi Azərbaycanın Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edildi. Münaqişələrin həllində müdafiə, təhlükəsizlik məsələlərində Avropa Şurası konkret təcrübəyə malik deyil, buna baxmayaraq onun proqramına cəmiyyəti narahat edən bir çox mühüm məsələlər daxildir.

Dünyanın demokratik dövlətlər ailəsinin üzvü olmaq şərəfi Avropa Şurasının proqramı insan hüquqları, müxtəlif kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosial və iqtisadi problemlər, səhiyyə, təhsil, mədəniyyət, idman, gənclik, yerli və regional idarəetmə və ətraf mühitlə əlaqəli məsələləri əhatə edir. AŞPA Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması ilə bağlı 1047 saylı qətnamə qəbul etdi (2). Lakin bu qətnamədə Azərbaycanın mənafeyinə zidd olan bəzi bəndlər də öz əksini tapdı. Bundan başqa AŞPA Ermənistanda və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1995- ci ildə 1059 saylı qətnamə qəbul etdi. 1997-ci ildə AŞPA 1119 saylı qətnamə qəbul etdi. Cənubi Qafqazda münaqişələr ilə əlaqədar sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhməramlı qüvvələrin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtması ilə bağlı prinsiplər bu qətnamədə əks olundu. zərbaycan Avropa Şurasına daxil olmağa təkcə formal bir tədbir kimi deyil, Avropa dəyərlərindən bəhrələnmək istiqamətində bir vasitə kimi baxırdı. Azərbaycanın bu təşkilatda qonaq statusu ilə iştirakı respublika dövrü qanunvericiliyinin Avropa standartları səviyyəsinə yüksəldilməsi yolunda səmərəli oldu. Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığını zəruri edən bir sıra amillər mövcuddur:

1. Azərbaycan Respublikasının əlverişli coğrafi şəraiti onun dünya inteqrasiya proseslərindən kənarda qalmasını qeyri-mümkün edirdi.

2. Avropa Şurasına üzv olmaqla Azərbaycan demokratiyanın, demokratik təsisatların inkişafı yolunda daha böyük nailiyyətlər əldə edə bilərdi.

3. Bu təşkilata üzv olmaqla Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq arenada özünə dəstək qazana bilər.

4. Avropa Şurasına üzvlük Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın Avropanın digər qurumlarına üzv olması yolunda böyük əhəmiyyətə malik idi.

Azərbaycanın Milli Məclisi 2000-ci ilin martında Avropa Şurasının 8 konvensiyasına qoşulmaqla bağlı imzalanmış müqavilələri ratifikasiya edərək Azərbaycanın Avropa Şurasına qəbuluna dair müzakirələri sürətləndirdi. 2001-ci il yanvarın 17-də Avropa Şurasının Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edildi. Azərbaycan qurumun 42-ci üzvü oldu. 2001-ci il yanvarın 25-də Azərbaycanıın Avropa Şurasına üzv qəbul edilməsi xüsusi mərasimlə həyata keçirildi. Bununla da Azərbaycanın müdrik diplomatiyası Avropa inteqrasiya proseslərinə qoşulmaq yolunda daha bir addım ataraq demokratik Avropanın üzvi hissəsinə çevrildiyini əməli fəaliyyətində də sübut etdi. Azərbaycanın Avropa Şurası sıralarına qoşulması mühüm hadisədir. Azərbaycan Avropa Şurasına daxil olarkən Ermənistanın işğal etdiyi əraziləri sülh yolu ilə geri qaytarılmasına nail olmağı qarşısına məqsəd kimi qoydu. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti ilk dəfə olaraq tamhüquqlu üzv kimi 2001-ci il aprelin 23-dən 27-dək AŞPA-nın iclasında iştirak etdi. İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi idi. Azərbaycan nümayəndə heyəti “Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqrımı haqqında” sənədin tanınması və “Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər” barədə rəsmi sənədin qəbulu haqqında məsələ qaldırdı və müvafiq sənədin qəbul edilməsinə nail oldu. AŞPA-da ”Dağlıq Qarabağda ekoloji vəziyyət haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və s. sənədlər qəbul edildi.

Hədəflərə doğru atılan düzgün addımlar

2002–ci il AŞPA-nın qış sessiyasında Ermənistanın işğalçı dövlət olması bir daha təsdiq edildi. Münaqişənin aradan qaldırılması istiqamətində Ermənistanın heç bir addım atmaması AŞPA-nın sənədlərində öz əksini tapdı. 2002-ci ilin yay sessiyasında Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri Strasburqda Аvropa Şurasının rəhbərləri ilə görüşlər keçirdi. Görüşlərdə işğala məruz qalan ərazinin təmsilçiləri Ermənistanın işğalçı kimi tanınmasını tələb etdilər. Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkün probleminin olması, onların çətin vəziyyətdə yaşamaları barədə məlumat verdi. İlham Əliyev Avropa Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həllinə köməklik göstərəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan nümayəndə heyətinin 2002–ci ilin sentyabrında AŞPA-nın payız sessiyasında iştirakı da uğurlu sayıla bilər. Sessiyada həm Azərbaycanın, həm də Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı çıxış edən İlham Əliyevin prinsipial mövqeyi nəticəsində məruzələrdə Azərbaycan üçün əhəmiyyətli düzəlişlər edildi. Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı Avropa Şurasının sənədində öz əksini tapdı. Azərbaycan təşkilata üzv olduğu qısa müddət ərzində AŞPA-nın iki mühüm komitəsinin – qaçqınlar və miqrasiya komitəsinin, iqtisadi məsələlər üzrə komitənin iclasları Bakıda keçirildi. Azərbaycan nümayəndə heyəti AŞPA-nın çox mühüm komitəsi olan monitorinq (üzv ölkələrdə öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən komitənin üzvü) başqa bir üzvü isə Elm, Təhsil və Mədəniyyət Komitəsinin Cənubi Qafqaz üzrə məruzəçisi seçildi. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinə 2001-2003-cü illərdə millət vəkili İlham Əliyev, 2004-cü il yanvarın 26-dan isə Səməd Seyidov rəhbərlik edirdi. Azərbaycan AŞPA-da 6 əsas və 6 əvəzedici olmaqla 12 millət vəkili ilə təmsil olunur. Burada həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatlar yer alıb. AŞPA öz tərkibinə görə çoxspektrli bir qurumdur, burada bir-birinə zidd siyasət yeridən, dövlət maraqları qlobal miqyasda toqquşan ölkələrin nümayəndələri toplanır. Onların siyasi baxışları da çoxcəhətlidir. 2003-cü il Azərbaycan diplomatiyası üçün uğurlu oldu. AŞPA-nın 2003- сü il qış sessiyasında daimi nümayəndə heyətinin başçısı, millət vəkili İlham Əliyev AŞPA-nın sədr müavini və büro üzvü seçildi. AŞPA-dakı fəaliyyəti zamanı İlham Əliyev demokratiya və insan hüquqları ideyasına daim sadiq qaldı. İ.Əliyevin Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırladı və onlar təşkilatın rəsmi sənədləri sırasına daxil edildi. Quruma daxil olduğumuz ilk yaz sessiyasında nümayəndə heyətinin başçısı İlham Əliyev AŞPA-nın keçirdiyi müzakirələrdə qitəni narahat edən iqtisadi və qlobal cinayətkarlıq məsələləri ilə bağlı çıxış edərək bildirdi ki, Azərbaycan, torpaqlarının Ermənistan silahlı qüvvələrinin zəbt etməsi nəticəsində Dağlıq Qarabağ və onun ətrafında qeyri-qanuni əməliyyatlar keçirilir. İlk dəfə olaraq belə bir həqiqət avropalıların diqqətinə çatdırıldı ki, Azərbaycanın işğal edilmiş torpaqlarında narkotik bitkilər becərilir. Azərbaycan Avropa Şurası ilə əlaqələr yaratdığı gündən qurumun nümayəndələri tez-tez Azərbaycana gəlir, dövlət və hökumət başçıları ilə görüşlər keçirir, Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən məsələlərlə bağlı Azərbaycanın mövqeyini çatdırırlar. Azərbaycan nümayəndə heyəti AŞPAdakı digər dövlətlərin nümayəndələri ilə sıx əməkdaşlıq yaratmağa nail olaraq, prinsipial məsələlərə münasibətdə ortaq mövqedən çıxış edir.

AŞPA-nın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis 2004-cü ilin fevralında Azərbaycana səfəri zamanı prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü faktını bir daha vurğulayaraq Avropa Şurasının bu məsələyə siyasi qiymət verməsinin vacibliyini bildirdi. Azərbaycanın Avropa ailəsinə sıx inteqrasiyası xəttinin gerçəkləşdirilməsi məqsədi ilə 2004-cü ildə görülən ən mühüm işlərdən biri prezident İlham Əliyevin Strasburq səfəri oldu. Yaz sessiyasında İlham Əliyev artıq Azərbaycan Respublikasının prezidenti kimi Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü barədə ətraflı çıxış etdi.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA