​Avropada türk düşmənçiliyi hardan qaynaqlanır?

  • 2019-02-09 14:23:15
  • |

​Avropada türk düşmənçiliyi hardan qaynaqlanır?

Hətta təhsil müəssələrində belə, irqçiliyin ən vəhşi və iyrənc örnəkləri yaşanmışdır

Dünyada hər gün siyasətə bağlı olaraq gündəm sürətlə dəyişir. Deyə bilərik ki, gündəmi siyasi görüşlər və bundan meydana gələn çıxarcı düşüncələr yönləndirir. Bu çıxarcı siyasi düşüncəni maddi-mənəvi və milli baxımdan öz lehinə çevirməkdə ən usta olan isə sözsüz ki, Avropa ölkələri və onları idarə edənlərdir. Bu işdə o qədər məharətlidirlər ki, öz məkrli milli maraqları və çıxarları üçün mədəniyyət, incəsənət, idman sahəsindən də ustaca istifadə etməyi bacarırlar. Onların düşüncəsində xüsusi bir eqoistlik - bəncillik vardır. Hər zaman mədəni, müasir və bilgili olan “onlardır”, “humanizmin”, “insancıl” düşüncələrin mərkəzi və dünyadakı cənnət də məhz Avropada olmalıdır.

Avropa Birliyindəki ölkələr də özlərini “dünyadakı cənnətin iş yeri” bürosu hesab edirlər. Hətta bu düşüncə tərzini elə mənimsəyilər ki, tarixdəki qaranlıq keçmişlərini unudublar. Avropalıların orta çağdakı rəzil və səfil yaşamlarını özləri unutsalar da, tarix və tarixdən xəbərdar olan bilincli insanlar heç bir zaman unutmazlar.

Məlumdur ki, orta çağ qövmlərin böyük köçü ilə başlayır və 1453-cü il Fatih Sultan Mehmed Kağanın İstanbulu fəthi ilə sona çatır. Yeni çağ isə 1453-cü il İstanbulun fəthi ilə başlayır və Fransız inqilabı ilə 1789-cu ildə sona çatır. Bu dövrlər sözün əsl mənasında Avropanın rəzillik, geriçilik və natəmizliydən əmələ gələn yoluxucu xəstəliklərlə dolu olan tarixidir. Bu qaranlıq və gerici dönəmlərini Avropa bu gün bəyənmədiyi “ÖTƏKİLƏŞDİRDİYİ” Türk və ümumilikdə müsəlmanların inkişaf etdirdiyi elmindən, mədəniyyətindən yararlanaraq, aşmış və modernləşmişdir. Sözün özü uygar olmuştur. Məhz bu dönəmləri müxtəlif alqı oyunlari ilə unutdurmağa çalışan Avropaya inadla həmin tarixə həkk olunmuş zaman dilimini xatırlatmaq lazımdır.

Bu qaranlıq dönəm barədə daha geniş məqalələrimin birində bəhs etmişəm. Bu araşdırmamızın mövzusu isə hər zaman Şərq ölkələrinə və biz Türklərə “humanizm”, “insanlıq”, “xoşgörü”, “mədəniyyət” dərsi verməyə çalışan avropalıların gərçək üzləri və ötəkiləşdirmək siyasətlərindəki “uğur”un bəhrələridir.

“Qalib olunca alman, məğlub olunca köçkün oluruq”

Öncədən qeyd etdiyimiz kimi, Avropa ölkələrinin siyasiləri və sözdə “aydınları” öz milli maraqları və çıxarları üçün mədəniyyət, incəsənət, idman sahələrindən də ustaca istifadə etməyi bacarırlar. Bu düşüncələrimizin nə qədər doğru olduğunu anlamaq üçün hər birimizə məlum olan yaxın zamanda baş verən bir hadisəni xatırlasaq, daha aydın olar. Türk əsilli məşhur futbolcu Mesut Özilın və İlkay Gündoğanın başına gələnlər hər birimizə məlumdur. Tək “suçları” damarlarında axan qanın gərəyi olaraq soylarına bağlı olmaları, Türk dövlətinə göstərdikləri sayğı və sevgi, Türk dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla foto çəkdirmələri idi. Əslində, normal olan bu hal Almanya tərəfindən suç olaraq qəbul edildi. Faşist Avropanın bir parçası olan Almaniya bu sevgiyə önyarqılı yanaşdı.

Doğrusu, Məsut və İlkay Türkiyəyə olan sevgisini heç də doğulub-böyüdükləri Almanyanı aşağılayaraq, ya da hansısa bir mənfi ifadə söyləyərək göstərmədilər. Sadəcə Türk Dövlətinin Başçısı ilə bir foto çəkdirdilər. Bununla da Almanya Türkiyə Türklərinin deyimi ilə “yeddi dərədən su gətirərək”, min bir bəhanə ilə bu fotonu siyasi problem-sorun halına gətirdi. Sonradan Türk əsilli futbolcu Məsut belə bir açıqlama verdi: "Mənim üçün fotoqraf çəkdirmənin siyasət, ya da seçimlərlə heç bir əlaqəsi yoxdur. Ailəmin ölkəsinin ən üst düzey yetkilisinə sayqı çərçivəsində edilən bir hərəkətdir. Mən bir futbolçuyam, siyasətçi deyiləm. Görüşməmiz də, onun (Cumhurbaşqanı Ərdoğanın) politikalarını, siyasi görüşlərini təsdiq etdiyim anlamına gəlməz". Az müddət sonra Məsut faşist, irqçi təyziqlər səbəbi ilə Almanyanın millisində oynamaqdan imtina etdi. Buna məcbur edildiyini bu sözlərlə ifadə etdi: “Qalib olunca alman, məğlub olunca köçmən - qaçqın oluram”, " Almanyanın formasını qürurla və həyəcanla geyindim, amma artıq geyinməyəcəyəm".

İrqçilik və köçmən politikaları ilə əlaqəli münaqişələri çox alovlandıran bu hadisə Avropa və ABŞ mətbuatında manşetlərin əsas mövzusu oldu. Bəzi qazetlərin mövzu ilə əlaqədar başlıq və yorumları belədir:

NEW YORK TIMES : “Mesut Özil, irqçiliyə məruz qaldığını bildirərək Alman Millisini buraxdı”;

DAILY MIRROR: “Özil politik propaqandanın qurbanı olduğunu söylədi”;

THE GUARDIAN: “Özil: Qazandığımda almanam, məğlub olunca köçmən”;

DAILY STAR: “Arsenal və Almaniyanın ulduzu milli takıma vəda etdi”;

TUTTOSPORT: “Mesut Özil: “İrqçılık və sayqısızlıq yaşadım”;

LA GAZETTA DELLO SPORT: “Özil: “Ərdoğanla fotomu bəhanə edərək, bütün bir ölkəni mənə qarşı qışqırtdılar”;

MARCA: “Tartışmalar və tənqidlər arasında! Məsut Özil Ərdoğan ilə çəktirdiyi fotosu üzündən milli takımdan ayrıldı”;

DE TELEGRAAF: “Üzgün Özildən şok qərar”.

“Məsut Türk milli takımına qol atdığı zaman, mən də onu alqışladım”

Bəhs etdiyimiz hadisə Türkiyənin mediasında da səs-küyə səbəb oldu. Hətta siyasilər, həmçinin dövlət başçısı R.T. Ərdoğan da bu haqda Almanyada Ditib Mərkəz Camisinin açılışında da fikirlərini haqlı olaraq belə dilə gətirdi: “Bir Məsut Özil, bir İlkayımız… İngiltərədə bir fotoqraf çəkdirdik deyə, bu toplumdan dışlandılar. Alman Millisində oynayacaq qədər yüksəlmiş olan bu iki gəncimizin dışlanmasını mən onların Cumhurbaşqanı olaraq doğrusu həzm edə, qəbul edə bilmədim. Məsut ALMAN milli komandasında oynarkən, alman baş naziri Merkel ilə birlikdə Münihdə maçı izlədik. Məsut Türk milli takımına qol atdığı zaman, mən də onu alqışladım, “Niyə TÜRKİYƏYƏ QOL ATIRSAN OĞLUM” DEYƏ QARŞI ÇIXMADIM”. İdmanın gözəlliyi də budur”.

Əslində qardaş Türkiyənin dövlət başcısı bu sözlərlə çox anlamlı və incə bir mesaj ilə Almanya başda olmaqla Avropadakı irqçi, Türk-İslam düşməni olan güclərə “mədəniyyətdən və xoşgörüdən uzaqsınız” deyə söylədi. Avropada zaman-zaman belə irqçi təyziqlərin örnəkləri ilə qarşılaşmaq mümkündür. Hətta təhsil müəssələrində belə, irqçiliyin ən vəhşi və iyrənc örnəkləri yaşanmışdır və yaşanmağa davam edir. Məsələn, İngiltərənin Huddersfield şəhrindəki Almondsbury liseyində oxuyan 15 yaşındakı Suriyalı tələbə Camalın yaşıdları tərəfindən işgəncəyə məruz qaldığı ilə bağlı görüntülər hələ yeni olduğu halda, gəncin kiçik bacısının da bənzər bir hücuma məruz qaldığı ortaya çıxdı. Daha sonra bu irqçi hücumlar sonucu Camal və ailəsi yaşadıqları səmtdən köçməyə məcbur oldular.

Bütün bu hadisələrdən belə bəlli oldu ki, Avropada yalnız Türk əsilli olanlar deyil, ümumilikdə bütün digər millətlər, xüsusilə müsəlmanlar bu və ya başqa şəkildə faşist və irqçi təyziqlərə məruz qalır. Hər səfərində dünyadakı digər ölkələrə və xüsusilə Türklərə erməniləri və yəhudiləri müdafiə etmək üçün mədəniyyət, xoşgörü dərsi verməyə çalışan Avropa ölkələrinə və avropalılara bu görüntüləri xatırlatmaq və belə bir sual etmək gərəkdir: “Sizin üçün mədəniyyət və xoşgörü işinizə gəlincə və çıxarcı siyasətinizə xidmət edincəmi gərəkli olur?”. Genlərində daşıdıqları ilkəl çağlardan, orta çağlardan gələn ilkəl vəhşilik, ilkəl irqçilik qalıntıları hər ortamda, hər fürsətdə canlanaraq ortaya çıxmaqdadır…

Aynur TALIBLI,

Tarix və mədəniyyət araşdırmaçısı

P.S. Bu mövzunun səbəblərini və Avropadakı irqçiliyin necə meydana gəldiyinə dair bilgiləri araşdrmamızın ikinci hissəsində bölüşəcəyik.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA