Avropalıların yarısından çoxu Aİ-nin 10-20 il içərisində PARÇALANACAĞINA İNANIR

  • 2019-05-16 16:34:59
  • |
  • Dünya /

Avropalıların yarısından çoxu Aİ-nin 10-20 il içərisində PARÇALANACAĞINA İNANIR

Hurriyyet.org xəbər verir ki, Avropanın Xarici Əlaqələr Şurası adlı analitik mərkəzinin bir ictimai yoxlaması avropalıların yarısından çoxunun Avropa İttifaqının 10-20 il içərisində parçalanacağına inanır.

Fransa, Almaniya, Belçika, İtaliya, Hollandiya, Avstriya, Slovakiya, Rumıniya, Yunanıstan, Çexiya və Polşanın da vətəndaşlarının iştirakçısı olduğu anketdə respondentlərin böyük əksəriyyəti Aİ-nin parçalanmasını “real ehtimal” kimi qəbul elədiyini söyləyib. Anketə görə, Aİ-nin çökməsinə ən çox (66%) Slovakiyada inanırlar. Ardınca Fransa (58%), Rumıniya, Polşa, İtaliya, Yunanıstan, Çexiya, Macarıstan, Hollandiya gəlir. Aİ-nin 10-20 il içərisində parçalanacağına inananlar Almaniya əhalisinin 40%-ni təşkil edir. Siyahıda son yerləri İsveç, Danimarka, İspaniya tutur.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA