Avstriyada "BOZQURD" işarəsi göstərənlər 4-10 min avro cərimə, 1-1,5 ay həbs cəzası alacaqlar

  • 2019-03-01 18:00:46
  • |
  • Dünya /

Avstriyada "BOZQURD" işarəsi göstərənlər 4-10 min avro cərimə, 1-1,5 ay həbs cəzası alacaqlar

Hurriyyet.org xəbər verir ki, islama və türklüyə qarşı mövqeyi ilə fərqlənən Avstriyada “bozqurd” işarəsini də qadağan edən “Simvol qanunu” martın 1-dən etibarən qüvvəyə minib.

Qadağanı birinci dəfə pozan şəxslərə 4 min avro cərimə və ya 1 ay həbs, ikinci dəfə pozanlara isə 10 min avro cərimə və ya 6 həftə həbs cəzası veriləcək.

2015-ci ildə İŞİD və “Əl Qaidə” kimi terror təşkilatlarının təbliğatlarının qarşısını almaq məqsədilə həyata keçirilən simvol qanunu “Müsəlman qardaşlar”, “Hamas”, “Hizbullah”ın Livandakı hərbi qanadı, PKK terror təşkilatı, xorvat millətçilərinin USTAŞA qrupuna məxsus simvol və işarələr də daxil eilərək genişləndirilib.

Qanun çərçivəsində bu qruplara məxsus 13 bayraqcıq, simvol və işarə qadağan edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA