Avtobusda azərbaycanlı qıza seksual hərəkət edən həbs edildi - Türkiyədə

Avtobusda azərbaycanlı qıza seksual hərəkət edən həbs edildi - Türkiyədə

Türkiyənin Antalya şəhərində sərnişin avtobusunda azərbaycanlı tələbəyə qarşı seksual hərəkətlər edən şəxs həbs edilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Bələk bölgəsində 5 ulduzlu otellərdən birində ofisiant işləyən Yılmaz.K adlı şəxs avtobusda Akdəniz Universitetinin tələbəsi olan azərbaycanlı qıza təcavüz edib. Olaya digər sərnişinlər də şahid olub.

Tələbənin qışqırdığını görən sürücü avtobusun qapılarını bağlayıb və polis çağırıb.

Yılmaz K. Itiihamları qəbul etməyib.