Avtomobil bazarında durğunluqdur: Səbəblər nədir? - VİDEO

Avtomobil bazarında durğunluqdur: Səbəblər nədir? - VİDEO

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırıldı. Minik avtobillərində mühərrikin həcminə görə tətbiq olunan müvafiq aksiz dərəcəsi qısa zamanda öz təsirini göstərdi. Nəticədə ilin sonlarında avtomobillərin qiyməti bir xeyli bahalaşdı.

Ötən ilin ikinci, bu ilin isə ilk yarısında avtomobillər fantastik həddə bahalaşdı. Bahalaşma əsasən, bu ilin fevral və mart aylarında başladı. 7-8 min manata təklif olunan avtomobillər, 10-12 min manata qədər qalxdı. Qısa zamanda müxtəlif markalı avtomobillərin qiymətində 3-4 min manatadək artım baş verdi.

Qiymət artımı əsasən ikinci əl avtomobillərdə daha çox nəzərə çarpdı. İkinci əl avtomobillərdən “Mercedes”, “KİA”, “Hyndai” və sairələrinə olan tələbat, bu avtomobilləri bir qədər də bahalaşdırdı. Əvvəllər “Mersedes-E class” kateqoriyasından olan avtomobillər 12-13 min manata təklif olunurdusa, hazırda 15-16 min manatdan ucuz almaq mümkün deyil.

Buna baxmayaraq bazarda alıcılıq səviyyəsi çox aşağıdır. Satıcılarla söhbət zamanı bildirdilər ki, son aylar avtomobil bazarında durğunluqdur. Bazarda olduğumuz zaman da müşahidə etdik ki, alıcıdan çox satıcı var. Satıcılar durğunluğun səbəbini birmənalı olaraq gömrük rüsumlarının artırılması ilə əlaqələndirəndirdilər.

Musavat.com-un müxbiri son durumla bağlı həftənin şənbə və bazar günü təşkil olunan Avtomobil Satışı Mərkəzinə baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb./musavat.com/

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA