Avtomobil traktorla toqquşdu - Xəsarət alan var

Avtomobil traktorla toqquşdu - Xəsarət alan var

Yevlaxda minik avtomobili traktorla toqquşub.

Hurriyyet.org apa-ya istinadən xəbər ki, hadisə rayonun Tanrıqulu-Aran avtomobil yolunda baş verib.

Avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobildə olan 1987-ci il təvəllüdlü Əmixan Azər oğlu Əhmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.