Avtomobili insanların üzərinə sürdü - Yaralılar var

  • 2019-02-11 12:33:17
  • |
  • Dünya /

Avtomobili insanların üzərinə sürdü - Yaralılar var

ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Qeyd olunur ki, "Toyota" markalı avtomobil insanları vurduqdan ağaca çırpılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan başqa, daha 3 avtomobil də ziyan çəkib.

Araşdırma nəticəsində məlum olub ki, 22 yaşlı sürücü avtomobili narkotik vasitələrin təsiri altında idarə edib. Sürücü polis tərəfindən saxlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA