Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq

Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK)Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BBAK-dan verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər. Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq,avtovağzalınvə Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarındanvə onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA