ÇAVUŞOĞLU AMERİKAYA SON SÖZÜNÜ DEDİ

ÇAVUŞOĞLU AMERİKAYA SON SÖZÜNÜ DEDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Zeytun budağı” əməliyyatı və Türkiyə-ABŞ əlaqələri barəsində fikrini bildirərək söyləyib: “ABŞ Menbiç üçün lazım olanı etməzsə, biz edərik”.

Çavuşoğlu Amerika barəsində danışarkən “etibarımızı itirdilər” deyib: “Afrin əməliyyatımız havadan və qurudan əmin addımlarla irəliləyir. Bu bölgədəki terrorçuların hamısını təmizləyəcəyik. ABŞ lazım olanı etməzsə, bu, Menbiç üçün də keçərlidir, Fəratın şərqi üçün də keçərlidir. Çünki bizə qarşı təhdid olan bu terror təşkilatları ilə indi mübarizə aparmasaq, sabah bizim qarşımıza daha böyük təhdid şəklində meydana çıxacaqlar.

ABŞ-dan gözlədiklərimiz açıq və dəqiqdir. Onlardan nələri gözlədiklərimizi də özlərinə bildirmişik, biz artıq qəti addımlar istəyirik. İtirilən etibarın təsis edilməsi lazımdır, etibarın itirlməsinin səbəbi də ABŞ-dır. Türkiyə heç bir dostuna qarşı səhv addım atmaz, lakin ABŞ-dan ciddi xətalar gördük. ABŞ bizə verdiyi sözlərə əməl eləməyib. Xalqımızın da, bizim də ABŞ-a etibarımızı itirməyimiz təbiidir. Ya münasibətləri düzəldəcəyik, ya da münasibətlər tamamilə pozulacaq, bunun başqa bir yolu yoxdur”.

Hurriyyet.org

Loading...

QALEREYA