Çavuşoğlu ABŞ və Avropanı “ikiüzlülük”də ittiham etdi: “Türkiyə verdiyi sözdən heç vaxt geri dönməyib”

Çavuşoğlu ABŞ və Avropanı “ikiüzlülük”də ittiham etdi: “Türkiyə verdiyi sözdən heç vaxt geri dönməyib”

“ABŞ öz qoşunlarını Suriyadan çıxmağa qərar verəndən sonra fərqli mövqelər ortaya qoyuldu. Bu da Vaşinqtonun məsələ ilə bağlı aydın strategiyasının olmadığını göstərir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Suriya məsələsində ABŞ-a yardım etməyə çalışdıq. Bu məsələdə anlaşmağımız vacibdir. İşçı qrupu da bu məqsədlə toplanır. ABŞ qüvvələrinin çəkilməsinin koordinasiya edilməsini də müzakirə edirik”, - deyə nazir vurğulayıb.

M.Çavuşoğlu Türkiyənin Rusiyadan “S-400” Zenit-raket kompleksi alması ilə bağlı məsələnin tam həll olunduğunu söyləyib: “Türkiyə verdiyi sözdən heç vaxt geri dönməyib”.

O, Avropa İttifaqı liderlərinin Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə dəstək verməsini “ikiüzlülük” adlandırıb: “Təəssüflər olsun ki, bu gün Avropada ikili standartlar və ikiüzlülük ən yüksək nöqtəyə çatıb. Onlar “Türkiyədə edam hökmü bərpa olunarsa, onu edərik, bunu edərik” deyərək hədələyici çıxışlar edirlər. Ancaq Misirdə 9 insanın edam edildiyi günlərdə Avropa İttifaqı liderlərinin Misirə gedib Sisiyə dəstək verməsi, onunla eyni yerdə olması bizim əvvəllər söylədiyimiz bir mənzərədir. Bu ikili standartdır, ikiüzlülükdür. Təəssüf ki, Avropadakı bu irqçilik, ksenofobiya, İslam düşmənliyi, ifratçılıq kimi cərəyanlar Avropa dəyərlərini onsuz da aşındırıb. Bu ölkələrdə dəyərlər artıq qalmayıb. Avropa İttifaqı da daxil olmaqla, Avropa ölkələrini idarə edən liderlərin dəyərləri qalmayıb, onların, sadəcə, maraqları var. Misirdəki mənzərə bunun göstəricisidir”.

Qeyd edək ki, fevralın 20-də Misirin keçmiş Baş prokurorunun qətlində təqsirli bilinən 9 nəfər edam olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA