Çavuşoğlu Aİ-nin sanksiyalarından danışdı: “Boş qərardır. Dördüncü gəmini də göndərəcəyik”

Çavuşoğlu Aİ-nin sanksiyalarından danışdı: “Boş qərardır. Dördüncü gəmini də göndərəcəyik”

“Aİ-nin özünün bizə ehtiyacı var”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizində aparılan təbii qaz axtarışı fəaliyyəti ilə bağlı Avropa İttifaqının qərarı barəsində mövqeyini bildirən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Sanksiya olaraq adlandırmaq, ciddi hesab eləmək olar. Bəsit şeylərdir. Yüksək səviyyəli danışıqlar istər aparılsın, istər aparılmasın, Aİ-nin bizə ehtiyacı var. Məsələn, qaçqınlar problemində... Verdikləri qərarları tətbiq eləməyin qeyri-mümkün olduğunu özləri də bilir. Boş-boş həmrəylik mesajlarıdır, Cənubi Kipr yunanlarını razı salmaq üçün verilmiş qərardır. Dəyərsiz qərarlardır. Dördüncü gəmini də ən qısa müddətdə göndərəcəyik”.

Hurriyyet.org