Çavuşoğlu qondarma “soyqırımı” qərarından danışdı: “Fransa özünün Ruandadakı əməllərini xatırlasın”

  • 2019-04-11 17:05:36
  • |
  • Dünya /

Çavuşoğlu qondarma “soyqırımı” qərarından danışdı: “Fransa özünün Ruandadakı əməllərini xatırlasın”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni “soyqırımı”nın yad edilməsini elan edən qərarı təsdiq eləməsi ilə bağlı açıqlama verib. Çavuşoğlu, Fransa Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı əvvəllər verdiyi qərarın siyasətçilərin belə qərar verməməsi ilə bağlı olduğunu xatırladıb. Avropa İnsan Hüquqları Məhkəməsinin də bu məsələ ilə bağlı qəti qərarlarının olduğunu bildirən Çavuşoğlu deyib: “Buna rəğmən Makron niyə belə qərarlar verir? Populizm. Başqa ad vermək olmaz”.

Çavuşoğlu deyib: “Belə siyasi qərarlar vermək, tarixi təhrif eləmək siyasətçilərə yaraşmır. Siyasətçilərin belə mövzularda qərar verməsi düzgün deyil. Hələ Fransanın bu məsələ ilə bağlı qərar verməsi tragikomikdir. Fransanın öz tarixinə baxması lazımdır. Hələ Ruanda soyqırımının üzərindən 25 il keçməyib. Əlcəzair və digər yerlərdə, Afrikada Fransanın elədiklərini nə onlar unudub, nə də biz unutmuşuq. Bunları edən ölkənin başqa bir ölkə ilə bağlı qərar alması qəbul edilən bir şey deyil. Təəssüf ki, Avropanın içərisinə düşdüyü radikal cərəyanlar liberallara da təsir edir. Bu qərar bizim üçün qətiyyən keçərli deyil. Bu məsələ ilə bağlı lazımi tədbirləri görəcəyik. Artıq Ankarada bəzi addımlar atılmağa başlayıb”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA