Çavuşoğlu Trampın Golan təpələri qərarına ETİRAZINI BİLDİRDİ

  • 2019-03-26 11:22:25
  • |
  • Dünya /

Çavuşoğlu Trampın Golan təpələri qərarına ETİRAZINI BİLDİRDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı Golan təpələri qərarı ilə bağlı açıqlamasında deyib: “ABŞ bir daha beynəlxalq hüququ heç hesab edib”.

ABŞ prezidenti Donald Tramp dünən “Golan təpələri üzərində İsrialin suverenliyini rəsmən tanıdığını” elan etdikdən sonra nazir Çavuşoğlu “Tvitter”dəki səhifəsində yazıb: “ABŞ bir daha beynəlxalq hüququ heç hesab edib. Lakin bu qərar İsrailin işğalını qətiyyən qanuniləşdirməyəcək. Əksinə, Yaxın Şərqdəki sülh səylərini əngəlləyərək, bölgədəki gərginliyi daha da artıracaq”.

Çavuşoğlu Antalyadakı çıxışı zamanı da bir daha Trampın qərarına etirazını bildirib: “Biz bu imzaya qarşıyıq, bu qərara qarşıyıq. Bunu qəbul eləməyimiz mümkün deyil. Bizim bugünkü Suriya rejimi ilə müasibətlərimizin indiki səviyyədə olması belə bir qərarın verilməsini qəbul eləməyəimiz demək deyil. Tamamilə əksinə, Türkiyə Respublikası həmişə prinsipial mövqedə durmuşdur. Buralar Suriyanın və Suriya xalqının torpaqlarıdır”.

“Trampın imzası Netanyahuya seçki hədiyyəsidir”

Çavuşoğlu deyib: “Belə görürük ki, Trampın bu imzası hazırda seçkilər ərəfəsində olan Netanyahuya sanki bir seçki hədiyyəsidir. Korrupsiyada ittiham edilən və hüquq qarşısında hesabat verən Netanyahuya bu qondarma hədiyyənin faydası olmaz”.

“Amerikanın hüququ, beynəlxalq hüququ tanımayan qərarlarını biz qəbul eləmirik. Beynəlxalq hüququ heç hesab edən və BMT-nin qərarlarına məhəl qoymayan addımları ardıcıl şəkildə görməyə başladıq. Əvvəlcə səfirliyi Qüdsə köçürmək qərarı verildi və indi də Golan təpələrinin işğalını qaniniləşdirməyə çalışırlar”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA