Çavuşoğlunun diplomatik sirlərini Leyla adlı qadın onlara ötürürmüş - GİZLİNLƏR ÜZƏ ÇIXDI

  • 2018-12-05 13:11:03
  • |
  • Region /

Çavuşoğlunun diplomatik sirlərini Leyla adlı qadın onlara ötürürmüş - GİZLİNLƏR ÜZƏ ÇIXDI

Türkiyədə özünü din adamı kimi təqdim edən və bir müddətdir həbsdə olan Adnan Oktar və tərəfdarları ilə bağlı davam edən cinayət işində şok məlumatlar əldə edilib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, cinayət işində etirafçı oluna bəzi şübhəlilər Türkiyə Xarici İşlər Nazirliyinin Rusiyaya təşkil etdiyi səfərlərində tərcüməçilik edən bir qadının diplomatik danışıqları Adnan Oktar qrupuna sızdırdığını bildiriblər.

İfadələrə görə, Xarici İşlər Nazirliyi ilə müqaviləli əsaslarla çalışan Rusiya vətəndaşı olan Leyla adlı qadın xarici işlər naziri Mövlud Çavuşoğlu və heyətinin Rusiya ilə apardığı danışıqların detallarını Adnan Okrat qrupuna sızdırıb.

Prokurorluq Rusiya səfərləri zamanı belə bir tərcüməçi ilə işləyib-işləmədiyi barədə Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Loading...

QALEREYA